ATƏT AZƏRBAYCANDA QANUN YARADICILIĞI FƏALİYYƏTİNİN DƏSTƏKLƏNMƏSİNDƏ FƏAL İŞTİRAK EDƏCƏK
ATƏT-in Bakı nümayəndəliyi bu il Azərbaycanda qanun yaradıcılığı fəaliyyətinin dəstəklənməsi layihəsi çərçivəsində konfrans və seminarların sayını artırmaq niyyətindədir. Bunu ATƏT-in ölkəmizdəki nümayəndəliyinin başçısı səfir Piter Burhard jurnalistlərlə görüşündə bildirmişdir.
“Azərbaycan Respublikasında vəkillik fəaliyyəti haqqında” Qanun layihəsinin müxtəlif cəhətlərinin müzakirəsinə dair bu yaxınlarda keçirilmiş konfransın nəticələrindən razı qaldığını söyləyən ATƏT nümayəndəliyinin başçısı vurğulamışdır ki, bu cür tədbirlər sayəsində hüquqi sənədlərin hazırlanmasında iştirak edən şəxslərin sayı artır.
P.Burhard demişdir: “Biz bu xətti davam etdirmək və yeni qanun layihələrinin hazırlanması işinə daha çox mütəxəssis cəlb etmək niyyətindəyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 28.09.2026 [21:15]