ATƏT GÜRCÜSTANDA PREZİDENT SEÇKİLƏRİNİN GEDİŞİNDƏN RAZIDIR
ATƏT-in Vyanadakı katibliyi Bolqarıstanın xarici siyasət idarəsi başçısının bəyanatını açıqlamışdır. O, bəyanatında Gürcüstanda prezident seçkilərinin gedişindən razı qaldığını qeyd etmiş, habelə ümidvar olduğunu bildirmişdir ki, yeni seçilmiş dövlət başçısı, siyasi partiyaların liderləri və bütövlükdə bütün cəmiyyət demokratiya prinsiplərinə bundan sonra da sadiq qalacaq, ölkənin iqtisadi və sosial inkişafı yolunda səylərini birləşdirəcəklər.
ATƏT-in Parlament Assambleyasının başçısı Bryus Corc isə bildirmişdir ki, səsvermə gedışində kobud qanun pozuntuları qeydə alınmamış, seçkilər prosesinin özü isə “əmin-amanlıq və səmimilik şəraitində keçmişdir”. Corc demişdir: ”Seçkilərin əsas nöqsanlı cəhəti bu idi ki, Saakaşvilinin opponentləri olmadı”. O, eyni zamanda, qeyd etmişdir ki, yazda keçiriləcək parlament seçkiləri ölkədə demokratiya üçün daha ciddi imtahan olmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]