Azərbaycan Dövlət İnformasiya Agentliyi

ATƏT-in çağrılmamış “Minsk paparatsiləri”nin Cenevrəyə səfəri

Bakı, 4 oktyabr, Pərvanə Qarayeva, AZƏRTAC

Oktyabrın 2-də Cenevrədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş olub. AZƏRTAC-ın xəbər verdiyi kimi, görüş başa çatandan dərhal sonra tərəflər onun nəticələri barədə bəyanatlarla çıxış ediblər. Əlbəttə, məlum səbəblərə görə həmin bəyanatlar qismən məxfi xarakterli danışıqların məzmununu və gedişini tam açıqlaya bilməzdi, lakin bəzi məsələlər barədə, xüsusən tərəflərin öz bəyanatlarında ifadə forması üst-üstə düşən istiqamətlər haqqında müəyyən nəticələr çıxarmaq mümkün idi.

Bununla belə, erməni diplomatiyasına yaxşı bələd olduğumuza görə sanki “altıncı hiss” hesabına duyurduq ki, müxtəlif cür yozula biləcək məqamlar da olmalı idi. Bu isə belə bir gümanı daha da gücləndirir ki, tərəflərdən biri (məhz hansı tərəf nəzərdə tutulduğu aydındır), yumşaq desək, öz cəmiyyəti ilə sona qədər səmimi deyil.

Mediaya sızmış informasiyaya görə, İrəvan yenə əslində mövcud olmayan “Dağlıq Qarabağın” əslində mövcud olmayan “xalqı” məsələsini qaldırmağa çalışıb. Bu məqamda bir daha xatırlatmalıyıq ki, Azərbaycanda və ümumiyyətlə dünyanın heç bir yerində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur və heç vaxt olmayacaq (Arsax barədə isə ümumiyyətlə söhbət getmir). Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə yaradılmış Qarabağ iqtisadi rayonu var, bu rayonun tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər inzibati rayonları, bir də Xankəndi şəhəri daxildir. Bu iqtisadi rayonun böyük hissəsi 44 günlük Vətən müharibəsinin gedişində erməni işğalından azad edilib, digər hissəsi Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşmə zonasındadır. Həmin kontingentin bu ərazidə olması müddəti 2025-ci ildə başa çatacaq. Yeni yaradılmış bu inzibati vahidin ərazisində erməni millətindən olan Azərbaycan vətəndaşları yaşayır. Onlar “xalq” anlayışına əsla uyğun gəlmir və əvvəllər də bircə gün belə uyğun gəlməyib.

Həmin iqtisadi rayonda görüləcək bütün işlər, o cümlədən həmin ərazidə məskunlaşmış və oraya qayıdacaq insanların hüquq və vəzifələri Azərbaycanın sırf daxili işidir, Bakının kənardan kimlərisə bu məsələyə qatmaq planları və niyyəti yoxdur.

ABŞ-ın, Fransanın və Rusiyanın özündə, xüsusən milli azlıqlar məsələsi heç də qaydasında deyil. Axı Azərbaycan buna görə narahatlığını bildirmək üçün həmin ölkələrin daxili işlərinə qarışmır. Azərbaycanın arbitrlərə və hakimlərə ehtiyacı yoxdur! Bu gün Bakı münasibətlərin iki paralel növünü qurur - daxili siyasət sahəsində bərabərhüquqlu tərəfdaş kimi İrəvan ilə münasibətlər və dövlətin daxili siyasətinin bir hissəsi kimi Qarabağ iqtisadi regionunda öz vətəndaşları ilə münasibətlər. Bir daha vurğulayırıq, bu iki paradiqma paraleldir. İstər İrəvanın, istərsə də hər hansı başqa bir paytaxtın bizim daxili məsələlərimizə, bizim ərazidə, bizim vətəndaşlarla bağlı məsələlərə müdaxilə etməsi yolverilməzdir. Hərçənd, aydın məsələdir ki, bu, həm Ermənistandakı revanşistlərin, həm də onların başqa ölkələrdəki havadarlarının planlarına çox mane olur. Lakin Bakı mürəkkəb iş aparır, çünki illərlə davam etmiş düşmənçilikdən sonra bu iş sadə ola bilməz, bu yola güllər, çiçəklər döşənə bilməz. Təbii ki, münasibətlərin, əlaqələrin, etimadın bərpası üçün zaman, səy və ən başlıcası, xoş məram lazımdır. Azərbaycan tərəfinin belə xoş məramı və səmimi niyyətləri var, lakin gördüyümüz kimi, bizə mane olurlar. Ermənistan ilə Azərbaycan arasında dinc danışıqlar prosesi müstəsna olaraq ikitərəfli prosesdir, heç kəs bizə məsləhət verməli deyil. Rəsmi İrəvan bağlı qapılar arxasında bir yanaşma, kənarda isə tamam başqa yanaşma nümayiş etdirməməlidir. Bakı öz tərəf-müqabilinin səmimi olmasını, birmənalı mövqe tutmasını gözləyir. Vasitəçilik etmək istəyən müşahidəçilər isə, tərəflərə, çox ehtimal ki, özlərinin milli maraqlarına əsaslanan müxtəlif variantlar təklif etməməlidirlər. Bilirsiniz, Azərbaycan nümayəndə heyəti danışıqlarda başqalarının gözləntilərini və ya maraqlarını təmin etmək üçün deyil, özünün gündəliyindəki vəzifələrə nail olmaq üçün iştirak edir. Əgər bəzi paytaxtlarda artıq ömrünü başa vurmuş ATƏT-in Minsk qrupunun həmsədrləri formatının reanimasiyasına hələ də ümid edirlərsə, bu yolun haraya aparacağı məlum deyil. Rəsmi Bakı bu format barədə öz mövqeyini bildirib və bu mövqeyi dəyişmək niyyətində deyil. Buna görə də Fransanın Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Rokfey, Aİ-nin Cənubi Qafqazda və Gürcüstanda böhran məsələsi üzrə xüsusi nümayəndəsi Toyvo Klaar və ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Filipp Rikerə müraciətlə soruşmaq istərdik: Siz Cenevrəyə nə üçün gəlmişdiniz? Siz iki nümayəndə heyətinin ətrafında nə vurnuxurdunuz? Sizi oraya kim dəvət etmişdi? Sizin “paparatsi” oyunlarınız sülh prosesinə nəinki kömək etmir, hətta ziyan vurur. Azərbaycan nümayəndə heyəti indi də sizi qəbul etmədi, əvvəllər də sizə bildirilmişdi ki, xidmətlərinizə artıq heç kəsin ehtiyacı yoxdur.

Elə Ermənistan özü də hər hansı şərtlər irəli sürmək iqtidarında deyil. Bu yol da dalana dirənir. Əgər ilkin şərtlər qoyulsa, deməli irəliləyiş olmayacaq, regionda sülhün bərpası ləngiyəcək. Bunun nə ilə nəticələnəcəyini isə erməni hərbi qulluqçularının yaxınları çox yaxşı bilirlər. Sülh yalnız o halda mümkündür ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin - erməni hərbçilərinin qalan hissələri Qarabağdan çıxarılmalı, kommunikasiyalar açılmalı, sərhəd delimitasiya edilməli və iki ölkənin ərazi bütövlüyünün tanınmasına əsaslanan sülh müqaviləsi imzalanmalıdır.

Ermənistanda bunu başa düşməli və ciddi surətdə nəticəyə nail olmağa köklənməlidirlər. Çağrılmamış qonaqlar isə öz işləri ilə məşğul olsalar və sülh prosesinə mane olmasalar yaxşıdır. Siz 30 illik fəaliyyətsizliyiniz dövründə bu prosesə kömək edə bilmədiniz, barı mane olmayın, iki nümayəndə heyətini addım-addım izləməkdən əl çəkin!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO