ATLETİKA ÜZRƏ AZƏRBAYCAN KUBOKU UĞRUNDA YARIŞLAR DAVAM EDİR
Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan kuboku uğrunda yarışların ilk gününün qalibləri məlum olmuşdur.
AZƏRTAC xəbər verir ki, 110 nəfərə yaxın kişi və qadının mübarizə apardığı yarışda paytaxt idmançıları ilə yanaşı, Gəncə, Naftalan, Sumqayıt və Gədəbəy atletləri də təmsil olunurlar.
Atletikanın yadro itələmə, şüvüllə tullanma, üç təkanla tullanma və müxtəlif məsafələrə qaçış üzrə kişilər arasında mübarizədə Valentin Bulıçev, Boqdan Dimitruq, Aqil Paşayev, Zamiq Məmmədov, Hüseyn Əlizadə və Albert Minyayev birinci olmuşlar.
Qadınların yarışında isə Azərbaycan kubokunu Alesiya Xaspoladova, Səbinə Novruzova, Mahirə İsmayılova, Leyla Paşayeva və Sevda Qarayeva qazanmışlar.
Qaliblərə fəxri fərman və müxtəlif hədiyyələr təqdim edilmişdir.
Atletika üzrə Azərbaycan kuboku uğrunda yarışlara fevralın 23-də yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]