“Atletik”in futbolçusu: "Qarabağ" çox güclü komandadır
Bakı, 21 oktyabr, AZƏRTAC
“Qarabağ”la oyunda qələbə komandamız üçün çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri İspaniyanın “Atletik” klubunun futbolçusu Aytor Paredes UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"la keçiriləcək III tur oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
25 yaşlı müdafiəçi Ağdam təmsilçisinin güclü rəqib olduğunu deyib: “İki matçda qalib gəliblər, bu da o deməkdir ki, zəif komanda deyillər. Bəlkə də, “Qarabağ” haqqında bir çoxunuzun məlumatı yoxdur. Amma onların iki oyununa baxanda görürsən ki, çox güclü kollektivdir. İşimizi bir xeyli çətinləşdirəcəklər. Buna görə də oyuna diqqətlə və ciddi yanaşmalıyıq. Bilirik ki, xal qazanmaq üçün qollar vurmaq lazımdır. Buna görə də yaxşı hazırlıq keçmişik. Futbol komanda işidir və biz də bunun öhdəsindən gəlməyə çalışacağıq”.
Qeyd edək ki, oktyabrın 22-də "San Mames" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]