“Atletiko”, “Bavariya”, “Barselona”, “Arsenal” və PSJ klubları növbəti mərhələyə keçiblər
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsində dördüncü tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçirilib. Ümumilikdə dörd qrup üzrə səkkiz qarşılaşmada aşağıdakı nəticələr qeydə alınıb:
A qrupu
“Ludoqorets” (Bolqarıstan) - “Arsenal” (İngiltərə) - 2:3
“Bazel” (İsveçrə) - PSJ (Fransa) - 1:2
B qrupu
“Beşiktaş” (Türkiyə) - “Napoli” (İtaliya) - 1:1
“Benfika” (Portuqaliya) - “Dinamo” (Kiyev, Ukrayna) - 1:0
C qrupu
“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya) - 3:1
“Borussiya” (Mönxenqladbax, Almaniya) - “Seltik” (Şotlandiya) - 1:1
D qrupu
“PSV Eyndhoven” (Hollaniya) - “Bavariya” (Almaniya) - 1:2
“Atletiko” (İspaniya) - “Rostov” (Rusiya) - 2:1
Turun digər qrup oyunları noyabrın 2-də keçiriləcək.