“Avro-2020”yə ev sahibliyi edəcək Münxenin loqosu təqdim olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
“Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən birinin - Münxenin loqosunun təqdimat mərasimi olub.
Tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge də iştirak edib.
Loqotipdə Anri Delone kuboku, həmçinin çapar əks olunub.
Xatırladaq ki, “Avro-2020”nin dörd - qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu Bakıda təşkil olunacaq. 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar loqosunun təqdimat mərasimi sentyabrın 30-da olub.