İDMAN
AVRO-2024: Milli komandaların baza düşərgələri açıqlanıb
Bakı, 1 fevral , AZƏRTAC
Bu il Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına vəsiqə qazanan milli komandaların baza düşərgələri təsdiqlənib.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, final mərhələsində iştirakı dəqiqləşən 21 ölkə yığmasının Almaniyanın hansı bölgəsində hazırlaşacağı bəlli olub.
F qrupunda mübarizə aparacaq Türkiyə yığması Barzinqhauzen şəhərində məskunlaşacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində təşkil olunacaq. Turnirin açılış matçı ev sahibi komanda ilə Şotlandiya arasında oynanılacaq.
Digər komandaların baza düşərgələri aşağıdakı kimidir:
Albaniya - Kamen
Avstriya - Berlin
Belçika - Lüdviqsburq
Xorvatiya - Noyruppin
Çexiya - Norderştedt
Danimarka - Froydenştadt
İngiltərə - Blankenhayn
Fransa - Paderborn
Almaniya - Hertsogenaurax
Macarıstan - Vayler-Zimmerberq
İtaliya - İzerlon
Niderland - Volfsburq
Portuqaliya - Xarzevinkel
Rumıniya - Vürtsburq
Şotlandiya - Qarmiş-Partenkirhen
Serbiya - Auqsburq
Slovakiya - Maynts
Sloveniya - Vuppertal
İspaniya - Donaueşingen
İsveçrə - Ştutqart
Türkiyə - Barzinqhauzen