Avrokomissiya Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil edib
Tbilisi, 3 iyun, AZƏRTAC
Avropa Komissiyası Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil edib. Avrokomissiyanın qərarı ilə Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşları da qadağan olunub.
AZƏRTAC xəbər verir ki, qadağa şirkətlərin fəaliyyətinin beynəlxalq təhlükəsizlik üzrə standartlara cavab vermədikləri üçün tətbiq edilib.
Avropa Komissiyasının “qara siyahı”sına Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]