AVROPA BİRLİYİ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ KÖMƏK EDƏCƏK
AZƏRTAC-ın müxbiri xəbər verir ki, mətbuat konfransını Fransanın Azərbaycandakı səfiri Rolan Blatman açaraq iştirakçılara Avropa Birliyinin xüsusi nümayəndəsini təqdim etmişdir.
Cənab Heyki Talvitiye jurnalistlərə demişdir ki, mənim Avropa
Birliyinin (AB) nümayəndəsi kimi Dağlıq Qarabağda, münaqişə zonasında fəaliyyətim tərəflər üçün ən vacib məsələdir. Problemin həlli ilə Minsk qrupunun həmsədrləri məşğuldur. Mənim vəzifəm AB-də tərəflərə və həmsədrlərə kömək etməkdir. Münaqişə tərəflərinin Dağlıq Qarabağ probleminin həlli yolunu necə görmələrindən asılı olaraq mən onlara yaxından kömək edəcəyəm. İndi tərəflər arasında yeni məqamlar vardır. Ötən illərdə nəticə əldə olunmasa da Minsk qrupunun həmsədrləri xeyli iş görüblər. Konkret olaraq yenə deyirəm: hər şey tərəflərin inamından asılı olacaqdır. Bizim üçün tərəflər arasında inam yaratmaq çox vacibdir və AB bu yolda tədbirlər görməyə hazırdır. Əlbəttə, məsələ tənzimlənəndən sonra irəliləyiş olarsa, onda biz reabilitasiyanı həyata keçirə bilərik. AB daha fəal hərəkət edəcək. Mənim səfərimin ümumi ideyası budur. Mən Dağlıq Qarabağa turist kimi geyil, missiyamı reallaşdırmağa gedəcəyəm.
Axırda Heyki Talvitiye jurnalistləri maraqlandıran suallara cavab
vermişdir.