AVROPA BİRLİYİ SƏNƏDLƏRİN TƏRCÜMƏLƏRİNƏ BİR MİLYARD DOLLARDAN ÇOX PUL XƏRCLƏYİR
Ötən ilin mayında Avropa Birliyinə yeni ölkələr daxil olduqdan sonra AB-nin rəsmi dillərinin sayı 11-dən 20-yə çatmışdır. Odur ki, sənədlərin tərcümələrinə çəkilən xərclər də artmışdır. Hazırda Avropa Komissiyasının tərcümələr üzrə baş müdiriyyətində 1,6 min adam işləyir. Buna baxmayaraq, bir sıra dillər, məsələn, Malta dilindən eston dilinə tərcümə üzrə mütəxəssislər çatışmır.
Sonuncu ümumavropa sorğusu göstərmişdir ki, Avropa Birliyi məkanında sakinlərin 47 faizi ingilis dilində danışır və oxuyur. AB genişləndikdən sonra alman dilinin də mövqeyi möhkəmlənmişdir. Alman dili öz daşıyıcılarının sayına görə fransız dilini keçmişdir.
Eyni zamanda, AB-nin rəsmi dillərinin sayı artmaqdadır. Məsələn, bu yay qəbul edilmiş qərara əsasən, İrlandiya Respublikasının dövlət dili və çox qədim kelt dilinin bir qolu olan irland dili 2007-ci ildən rəsmi status alacaqdır. Halbuki İrlandiya parlamentinin özündə işlərin həcminin cəmi 2 faizi irland dilinin payına düşür, qalan bütün işlər ingilis dilində aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]