Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İnvestisiya Bankı TANAP layihəsinə kredit ayırıb

Avropa İnvestisiya Bankı TANAP layihəsinə kredit ayırıb

Bakı, 28 iyul, AZƏRTAC

Avropa İnvestisiya Bankı TANAP layihəsinə kredit ayırıb.

AZƏRTAC banka istinadla xəbər verir ki, 270 milyon dollarlıq kredit Türkiyənin “Botaş” şirkətinə ayrılıb. Kredit ümumilikdə 18 illik müddətə, 5 illik isə əsas vəsaitin geri qaytarılmaması şərti ilə verilib.

Qeyd edək ki, 2018-ci il iyunun 30-dan indiyədək TANAP-la Türkiyəyə 6,2 milyard kubmetr təbii qaz nəql edilib. Bu ilin yanvar-iyun aylarında TANAP-la Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql olunub.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetr olub. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql ediləcək. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.

“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.

Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib.

TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur

Avropa İttifaqı İrana çağırış edib

Ərdoğan: Bakı-Tbilisi-Ceyhandan tutmuş TANAP-a qədər, Türkiyə fasiləsiz enerji axınının ən etibarlı dəhlizidir

Britaniya ordusu müdafiə məqsədilə digər ölkələrin peyk siqnallarını əngəlləyir

Çin Sədrinin ABŞ-yə dövlət səfəri başlayıb

Səməd Ağırbaş: COP31 iqlim öhdəliklərini real investisiya imkanlarına çevirməlidir

“Euronews” Azərbaycan musiqi irsi ilə bağlı videosüjet hazırlayıb

Anaklaudia Rossbax: İki milyard insanın mənzil ehtiyacları üçün dayanıqlı maliyyə sistemi qurulmalıdır

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

Dosent: “Koroğlu” motivinin Qaşqay mühitində yaşaması ümumtürk epik yaddaşının göstəricilərindəndir

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Tatyana Molçan: Ukraynadakı müharibə Avropanın və dünyanın iqtisadi mənzərəsini yenidən formalaşdırır

Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb

Tedros Adhanom Qebreyesus: Ortaq zəifliklər bölünmə deyil, həmrəylik mənbəyinə çevrilməlidir

Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir

Lavrov və Rubio Cənubi Qafqazdakı vəziyyət, Rusiya-ABŞ münasibətləri barədə fikir mübadiləsi aparıblar

Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib

Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub

Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub

Tacikistan millisinin baş məşqçisi: Azərbaycan yığması keyfiyyətli komandadır

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib

Türkiyənin FATF-in “boz siyahı”sına daxil edilmək riskinin olmadığı açıqlanıb

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib

Yəməndə köçkünlərin sayı 230 minə çata bilər

ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır

Azərbaycan səfiri etimadnaməsinin surətini Polşa Xarici İşlər Nazirliyinin Dövlət katibinə təqdim edib

Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var

Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır

Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik

Almaniya hökuməti sosial ödənişlərdən sui-istifadəyə qarşı mübarizəni gücləndirir

Qazaxda açıq ərazidə yanğın olub

Məsud Pezeşkian: Regionumuzdakı məsələlər bölgədəki ölkələr tərəfindən həll edilməlidir

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Nizami Kino Mərkəzində film təqdimatı – “Vətən daşı” VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

Meşələr yandırıldı, sərvətlər talan edildi, santexnika isə sökülüb Ermənistana aparıldı VİDEO

İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik

Bakıda Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr edilmiş rəsmi qəbul olub

Azərbaycanın və Fransanın xarici işlər nazirləri qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Azərbaycan və Belarus konsulluq əməkdaşlığı üzrə memorandum imzalayıb

Bakıda Səudiyyə Ərəbistanı Krallığının Milli Günü qeyd olunub

Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur

Milli Məclisin sədri Birləşmiş Krallığın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Nyu-Yorkda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Yüksək Səviyyəli Görüşü keçirilir

Çinin iri şirkətləri ilə Azərbaycan arasında 50-yə yaxın birgə layihə həyata keçirilir

Almaniyanın Azərbaycandakı səfiri Milli Məclisdə olub

Azərbaycan və BQXK arasında əməkdaşlıq məsələləri diqqət mərkəzində olub

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Fransa Martin Ryanın əfv edilməsini məmnunluqla qarşılayıb

Böyük Britaniyaya artan borclanma xərcləri və zəif iqtisadi artımla bağlı xəbərdarlıq edilib

Berlin Olimpiya Oyunlarına ev sahibliyinə namizədliyini geri götürür

Azərbaycan-Çin ticarət dövriyyəsi 2026-cı ilin ilk 7 ayında 2,6 milyard dollara çatıb

Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq

Baş nazirin müavini: Ötən il Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 42 faiz artıb

Təhminə Bədəlova: Nizami Gəncəvi orta əsrlərdə qadının cəmiyyətdəki rolunu yüksək qiymətləndirib

Diplomat: Qarşılıqlı vizasız rejim Azərbaycan-Çin humanitar əlaqələrini intensivləşdirir

Səfir: Çinlə Azərbaycan Günəş və külək enerjisi sahəsində əməkdaşlığı genişləndirir

Dilçilik İnstitutunda I Bakı Türkoloji Qurultayına həsr edilmiş yeni kitab təqdim olunub

Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır

Süni intellektdən təhsildə istifadənin müəyyən riskləri var – tədqiqat

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO

Diplomat: Çin ilə Azərbaycanın ticarət və investisiya həcminin rekord göstəricilərə çatacağı gözlənilir

Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Təhlükəsizliyin yeni xəritəsi: Dövlətlər hansı təhdidlərlə üz-üzədir VİDEO

Metallurgiya sənayesinin inkişafı ölkə iqtisadiyyatının digər istiqamətləri üçün də mühüm əhəmiyyət daşıyır - ŞƏRH

Tarixçi-alim: Gəncəsər katolikosluğunun ləğvi Cənubi Qafqazda erməniləşdirmə planının tərkib hissəsi idi

Azərbaycanı Avropa çempionatında 12 stend atıcısı təmsil edəcək

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçiriləcək konfransa tezis qəbulu başlayıb

Mərkəzi Bank rəsmisi Almatıda sığorta sektorunda prudensial tənzimləmənin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasından danışıb

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Rəqəmsal folklor folklorşünaslığın metodoloji sərhədlərini genişləndirir

Qapalı yerdəki havanın keyfiyyətini yaxşılaşdırmaq üçün effektiv vasitənin sınağı aparılıb

Azərbaycanda mis konsentratı istehsalı 5,5 dəfə, ixracı isə 14 faizədək artıb – QRAFİK

Professor: Filizçay filizinin emalı üzrə tədqiqatlarımız “AzerGold”un işlərinə fayda verə bilər

Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulur

SOCGOV 2026 - Sosial xidmətlərin gələcəyi Xankəndidə müzakirə olunacaq

İqlimşünaslar Qlobal Cənub ölkələri üçün anomal istilərin yaratdığı risklər barədə xəbərdarlıq ediblər

Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması qabaqcıl təcrübə kimi təqdim olunub

Fidan Hacıyeva: Üzeyir Hacıbəyli yaradıcılığı milli musiqimizin əvəzsiz xəzinəsidir

“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb

® “Unibank” sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12 faizdən başlayır

Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub

Milli Azərbaycan Tarixi Muzeyində qorunan qalxan - döyüş məqsədli silah, yoxsa saray bəzəyi?

Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib

Azərbaycan Şanxayda keçirilən “WorldSkills” yarışlarında təmsil olunur

Azərbaycan nümayəndələri İspaniyada rəqabət hüququ sahəsində beynəlxalq təcrübə ilə tanış olublar

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 yanvar tarixli 1717050000001700 nömrəli Qərarı ilə təsdiq edilmiş “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat”ın tərtib edilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Geoloq: Müasir peyk texnologiyaları və süni intellekt yeni faydalı qazıntı yataqlarının axtarışında mühüm imkanlar yaradır

“Araz-Naxçıvan”ın ukraynalı baş məşqçisi: İlk tapşırığımız turnir cədvəlində üst sıralara yüksəlməkdir

Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olunub

“Gələn kimi səni qucaqlayıb bir saat öpəcəyəm...”: Səməd Vurğunun son məktubu

Hasilatdan emala keçid: regionlarda yeni iqtisadi ekosistemlər yaranacaq ŞƏRH

Süni intellekt, akademiya və startap: Londonda çalışan azərbaycanlı tədqiqatçı ilə MÜSAHİBƏ

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Əfv sərəncamının icrası təmin edilib – YENİLƏNİB VİDEO

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

® Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir