Avropa İttifaqı ərazisindəki AES-lərdə təhlükəsizlik sınaqları keçiriləcəkdir
Vyana, 16 mart (AZƏRTAC). Avropa İttifaqı (Aİ) ərazisindəki atom elektrik stansiyalarında „gərginlik sınaqları“ keçiriləcəkdir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Qünter Öttinqer Aİ ölkələrinin energetika nazirləri ilə aparılmış danışıqlar əsasında belə bir qərarın qəbul edildiyini bildirmişdir. Yaponiyada baş vermiş nüvə fəlakətindən sonra Avropadakı nüvə reaktorlarının təhükəsizliyinin hansı səviyyədə olması aktual mövzuya çevrilmişdir.
Danışıqlar zamanı, həmçinin AES-lərdə aparılacaq testlər üçün ümumi standartların tərtib edilməsi, riskönləyici birgə strategiyaların hazırlanması və digər məsələlər müzakirə edilmişdir.
Aparılacaq testlərin bazasını təşkil edən kriteriyalar və testlərin həcmi barədə yekdil qərar qəbul edildikdən sonra, Avropa İttifaqının müvafiq qurumları tərəfindən yoxlamalara start veriləcəkdir. Testlərdə iştirak etmək könüllülük prinsipi əsasında baş tutacaqdır. Q.Öttinqer gələcəkdə standartlaşmış sınaqların mütəmadi və icbari qaydada keçirilməsi ilə bağlı Aİ qanununun qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.
Hazırda Avropa İttifaqının 16 ölkəsində ümumilikdə 93 AES fəaliyyət göstərir.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.05.2026 [18:07]
Böyük Britaniyanın səhiyyə naziri istefa verib
- 14.05.2026 [16:06]