Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa İttifaqı geosiyasi dilemma qarşısında: inteqrasiya, yoxsa böyük parçalanma?

Avropa İttifaqı geosiyasi dilemma qarşısında: inteqrasiya, yoxsa böyük parçalanma?

Newtimes.az portalı hazırda Avropa İttifaqının üzləşdiyi geosiyasi dilemma ilə bağlı analitik məqalə yayıb. AZƏRTAC məqaləni təqdim edir.

Mütəxəssislər Avropa İttifaqının (Aİ) 2016-cı ildə qarşılaşa biləcəyi çətinlikləri təhlil edib, onların müxtəlif xarakterli olacağını vurğulayırlar. Təşkilatın durumuna mənfi təsir göstərən amillər arasında ekspertlər geosiyasi, iqtisadi, ideoloji və maliyyə problemlərini qeyd edirlər. Həmin kontekstdə problemlərin əksəriyyətinin mənbəyinin Brüsselin yanlış siyasətindən qaynaqlandığını demək gərəkdir. Belə ki, ikili standartlar siyasəti Aİ-nin cəlbediciliyini xeyli aşağı salmaqdadır. Maliyyə böhranı da burada öz rolunu oynayır. Bunlardan əlavə, Avropa üçün faşizm, irqçilik, antisemitizm, islamofobiya və ksenofobiya da real təhlükələr yaratmaqdadır. Miqrantlara qarşı dözümsüzlük göstərməklə, Aİ ölkələri nüfuzdan düşürlər. Bütün bunların fonunda təşkilatın geosiyasi dilemma ilə üz-üzə qaldığı nəticəsini çıxarmaq olar. Bu məqam qarşıdakı illərdə özünü daha qabarıq göstərə bilər.

Hədsiz imkanlar: Avropanın güclü potensialı və reallıqlar

Maraqlıdır ki, Qərbdə Avropanın geosiyasi vəziyyətindən narahatlığı ifadə edən proqnozlar verilir. Məntiqlə bu aspektdə daha çox Yaxın Şərq ölkələri, Çin və ya Şimali Koreya ilə bağlı danışmaq olardı. Mütəxəssislər isə Aİ-nin siyasi, mədəni, iqtisadi və maliyyə faktorlarını təhlil edərək, bədbin ssenarilərin mümkünlüyündən bəhs edirlər. Bu barədə Cozef Nay və Nuriel Rubininin "Project Syndicate" nəşrində dərc olunan proqnostik xarakterli analitik yazılarını ayrıca qeyd etmək olar.

Müəlliflərin arqumentləri Aİ-nin son illərdə əldə etdiyi nailiyyətlərlə yanaşı, həm geosiyasi müstəvidə fəaliyyətinə, həm də təşkilata daxil olan dövlətlərdə özünü göstərən siyasi-ideoloji və maliyyə proseslərinə əsaslanır. Əvvəlcə onu vurğulayaq ki, bütün hallarda Aİ Amerikaya dost və yaxın müttəfiq kimi qiymətləndirilir (bax: məs., Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016).

Bu səbəbdən "zəif Avropa" modeli arzuolunmaz hesab edilir. Lakin mövcud problemlərin sistemli təhlili göstərir ki, Avropa məhz zəifləyə bilər: burada ya inkişaf templəri sürətlə azalar, ya da bütövlükdə dezinteqrasiya meyilləri üstünlük təşkil edər. C.Nay bu aspektdə xüsusi qeyd edir ki, 1973-cü ildə ABŞ diplomatiyası "Avropa ili" elan etdiyi kimi, 2016-cı ildə də analoji şüara ehtiyac yaranıb.

Qaçqınların Avropaya axın etməsi, Şərqi Ukraynada və Krımda yaranmış vəziyyət, Böyük Britaniyanın Aİ-dən çıxmaq ehtimalı bunu şərtləndirir. Avropalı mütəxəssislər bunlara bir məqamı da əlavə edirlər. Onlar Aİ-nin qlobal təhlükəsizlik məsələsində Rusiya ilə əməkdaşlığının vacibliyini vurğulayırlar. Məsələn, beynəlxalq problemləri araşdıran "Clingendael" İnstitutunun (Hollandiya) illik hesabatında yazılıb: "Avropa İttifaqı qlobal təhlükəsizliklə bağlı mövcud olan problemlərin öhdəsindən gəlmək üçün Rusiya ilə işgüzar münasibətlər qurmalıdır" (bax: Peter van Ham. EU, Russia and the Quest for a New European Security Bargain / "Clingendael", noyabr, 2015).

Reallıqda Brüssel həmin istiqamətdə addım atmır ki, bu da müəyyən problemlərə səbəb ola bilər. Üstəlik, Barak Obama bu yaxınlarda xarici siyasətdə "Asiyaya dönüş" xəttini bəyan edib (bax: Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016). Mütəxəssislər bunu geosiyasi proseslərdə "rebalanslaşma" (yenidən balans yaratma) kimi qiymətləndirirlər. Belə çıxır ki, 2016-cı il Amerika diplomatiyası üçün rəsmi olaraq "Avropa ili" olmayacaq. Belə bir vəziyyət Avropa üçün Rusiya faktorunu aktuallaşdırırmı? Bu suala birmənalı cavab vermək çətindir.

Ancaq faktdır ki, bütün bunlardan avropalılar ciddi narahatlıq keçirirlər. Onlar Vaşinqtonun Aİ-yə bir qədər laqeyd qala biləcəyindən ehtiyatlanırlar. Reallıq elədir ki, "qoca qitə" dünya siyasətində mühüm rol oynamaq üçün ciddi imkanlara malikdir. Məsələn, Aİ-nin 28 üzvünün iqtisadiyyatı ABŞ-ın iqtisadiyyatına bərabərdir. Aİ-də 510 milyon insan yaşayırsa, Amerikada bu rəqəm 320 milyondur. İnsan kapitalı, texnologiya və ixracat sahəsində Avropa ölkələri ABŞ-la yarışa bilirlər.

Hərbi xərclərdə Aİ Amerikadan əhəmiyyətli dərəcədə geri qalsa da, orduya yararlı insan ehtiyatlarında onu qabaqlayır. İngiltərə və Fransa isə nüvə silahına malikdirlər. "Yumşaq güc" faktoruna gəlincə, qeyd etmək lazımdır ki, Avropa kifayət qədər cəlbedicidir. Avropalıların beynəlxalq təşkilatlarda rolu yüksək səviyyədədir. Avropa ölkələrinin ümumi təsisatlarda birləşmək istiqamətində əldə etdikləri uğurlar onlara qonşu dövlətlərin marağını xeyli artırıb. Doğrudur, bu təsəvvür maliyyə böhranından sonra xeyli dəyişib (bax: əvvəlki mənbəyə).

Ticarətdə Avropa ilə ABŞ-ın imkanları bərabərdir. Beynəlxalq Valyuta Fondunda (BVF) roluna görə Avropa yalnız Amerikadan geridədir. Hazırda ABŞ-la Avropa arasında azad ticarət zonasının yaradılması istiqamətində işlər aparılır. Prezident B.Obama Avropaya son səfərində məhz bu məsələni geniş müzakirə edib. Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTIP) yaradılması Aİ-nin imkanlarını xeyli artıracaq (bax: əvvəlki mənbəyə).

Bir addım geri: məhdud milliyyətçilik və antimüsəlman əhval-ruhiyyəsi

Lakin bütün bunlar Aİ-nin monolitliyi təmin edildiyi halda reallaşa bilər. Mütəxəssisləri düşündürən də məsələnin məhz bu aspektidir. Problem ondan ibarətdir ki, hazırda Avropada müşahidə edilən müxtəlif xarakterli proseslər onun birləşmək imkanlarına ciddi zərbə vurur. Özü də bu, yalnız iqtisadi və mənəvi aspektləri əhatə etmir. Brüsselin yeritdiyi siyasət təşkilatı çətinliklərlə qarşılaşdırır. Bu sırada Aİ-nin ikili standartlara üstünlük verməsini ayrıca vurğulamaq lazımdır.

Uzun illərdir ki, əməkdaşlıqdan, demokratiyadan və ədalətdən danışan Avropa ölkələri həyata keçirdikləri xarici siyasətdə bunların əksini nümayiş etdirərək eyni situasiyada müxtəlif dövlətlərə müxtəlif yanaşmalar tətbiq edirlər.

Məsələn, müəyyən təcavüzkar hərəkətlərə yol vermiş müsəlman ölkəsinə qarşı sərt addımlar atılır, eyni addımı atmış xristian dövlətinə isə ən azından loyal münasibət bəslənilir, əksər hallarda isə ona yardımlar edilir.

Bu kimi misalları davam etdirmək olar. Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün bərpası istiqamətində konkret addımlar atan Avropa eyni həssaslığı Azərbaycana münasibətdə göstərmir. Rusiyaya qarşı sanksiyalar tətbiq edilirsə, Ermənistanla əməkdaşlıqdan danışılır və ona maddi, maliyyə, ticari yardımlar edilir. Ukraynanın Rusiya ilə əlaqələrini azaltmaq xəttini tutan Aİ Türkiyədən Ermənistanla sərhədləri açmağı tələb edir. Belə bir vəziyyət Aİ-nin müsbət obrazına ciddi xələl gətirir və onun "yumşaq gücü"nü xeyli zəiflədir.

Görünür, Aİ-də birliyin zəifləməsinin səbəblərindən biri də məhz yuxarıda vurğuladığımız amillərdir. Mütəxəssislər təşkilata üzv ölkələrdə identiklik böhranının yaranması, radikal ultramillətçi tendensiyaların güclənməsi, islamofobiyanın yayılması kimi faktorları da önə çəkməkdədirlər. C.Nay yazır: "Avropa birliyi əhəmiyyətli məhdudiyyətdən əziyyət çəkir. Milli identiklik əvvəlki kimi ümumavropa identikliyindən xeyli güclüdür. Sağçı populist partiyalar Aİ təsisatlarının məqsədləri sırasına ksenofobiyanı da daxil ediblər" (bax: əvvəlki mənbəyə).

Problem bununla bitmir. Bir sıra Avropa ölkələrində artıq məhdud milliyyətçilik və antiislamçı mövqedə duran siyasi partiyaların təsiri artır. N.Rubini bununla bağlı vurğulayır: "Yunanıstanda "Siriza", Portuqaliyada sol koalisiya hakimiyyətdədir, İspaniyadakı seçkilər siyasi və idarəetmə baxımından əhəmiyyətli dərəcədə qeyri-müəyyənliyə gətirə bilər. Radikal antimiqrasiya və antimüsəlman partiyaları Aİ-nin əsas ölkələrində, o cümlədən Hollandiyada, Danimarkada, Finlandiyada və İsveçdə daha da güclənir. Fransada dekabrın əvvəllərində (2015-ci ilin dekabrı nəzərdə tutulur - müəllif) ultrasağçı "Milli cəbhə" yerli seçkilərdə qələbəyə çox yaxın idi, onun lideri Marin Le Pen isə 2017-ci il prezident seçkisində pis şansa malik olmayacaq" (bax: Nouriel Roubini. The Europe Question in 2016 / "Project Syndicate", 4 yanvar 2016).

Belə çıxır ki, hazırda Avropada müşahidə edilən müxtəlif xarakterli problemlərin bir ucu siyasi-ideoloji dəyişmələrə bağlıdır. Məhdud milliyyətçiliyin və antiislamçı əhval-ruhiyyənin getdikcə siyasi partiyalarda üstünlük təşkil etməsi təşkilatın parçalanma ehtimalını yüksəldir. Qaçqınlara qarşı münasibətin pis olması burada daha maraqlı məqam hesab edilir.

Siyasi faktorlarla yanaşı, Avropanın ciddi demoqrafik böhran yaşamasını da vurğulamaq lazımdır. Hesablamalar göstərir ki, yaxın onilliklərdə Avropanın dünya əhalisi arasında çəkisi 6 faizə enə bilər. Halbuki 1900-cü ildə dünya əhalisinin dörddəbiri Avropada yaşayırdı (bax: Joseph S. Nye. The Danger of a Weak Europe / "Project Syndicate", 6 yanvar 2016).

Sağlam məntiqlə Aİ-nin miqrantlara ehtiyacı vardır. Lakin dini dözümsüzlük doğru qərar qəbul etməyə imkan vermir. Aİ-nin əksər dövlətləri qapılarını qaçqınların üzünə bağlayıblar və hətta onlara qarşı qeyri-insani davranırlar. Almaniyada bir sıra siyasi qruplar kansler Angela Merkelin 1 milyona yaxın qaçqını qəbul etmək qərarına qarşı sərt çıxışlar edirlər.

Aİ-nin ziddiyyətləri yalnız ona üzv olan ölkələrin daxili çətinlikləri ilə sərhədlənmir. Təşkilatın özünün mövcudluğu məsələsi belə gündəmə gəlir. Məsələn, Böyük Britaniyanın 2016-cı ildə onu tərk etməsi ehtimalı istisna edilmir. Ondan əvvəl isə avro zonasından Yunanıstan çıxa bilər. Bunlara yuxarıda vurğuladığımız çətinlikləri də əlavə etsək, onda kifayət qədər qeyri-müəyyən bir mənzərə yaranmış olar. Avropaya birlik, həmrəylik və real demokratik siyasət lazım olduğu halda, milliyyətçiliyi, parçalanmanı və dini dözümsüzlüyü seçir. Avropa həqiqətən geosiyasi dilemma qarşısındadır.

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub