Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıb
Bakı, 21 fevral, AZƏRTAC
Avropa İttifaqına üzv 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
AZƏRTAC “Welt” qəzetinə istinadla xəbər verir ki, paket Rusiyanın Ukraynaya hücumunun ikinci ildönümündə - fevralın 24-də qüvvəyə minəcək. Beləliklə, Moskvaya qarşı 13-cü sanksiya paketi Brüssel tərəfindən təsdiqlənən ən geniş məhdudiyyətlərdən biri olacaq.
Sanksiyalar siyahısına 200-ə yaxın qurum və fiziki şəxs əlavə olunacaq. Bu o deməkdir ki, Rusiyanın Avropa İttifaqında mövcud olan bütün aktivləri dondurulacaq. Moskvanın hərbi-texnoloji cəhətdən güclənməsində rol alan digər şirkətlərə də sanksiyalar tətbiq ediləcək və onlara hərbi təyinatlı mallar və texnologiyalar satılmayacaq.
Eyni zamanda, Çin, Türkiyə, Hindistan və Serbiyanın sanksiyalardan yayınmaqda Rusiyaya yardım edən bir sıra şirkətləri ilə ticarətin qadağan edilməsi barədə təklif irəli sürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]