Avropa İttifaqı: Yevgeni Priqojin ətrafında yaranan vəziyyət Rusiyanın daxili işidir
Bakı, 24 iyun, AZƏRTAC
Avropa İttifaqı Yevgeni Priqojin ətrafında yaranan vəziyyəti Rusiyanın daxili işi adlandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi jurnalistlərə müsahibəsində deyib.
“Avropa İttifaqı hazırda baş verənləri Rusiyanın daxili işi hesab edir. Biz vəziyyəti izləyirik”, - deyə o bildirib.
Dünən axşam “Vaqner” qruplaşmasına məxsus “Teleqram” kanalına Yevgeni Priqojinin bir neçə bəyanatı yerləşdirilib. Onun iddiasına görə, Rusiya Silahlı Qüvvələri “Vaqner” qruplaşmasına zərbələr endirib. Bu məlumatı təkzib edən Rusiya Federal Təhlükəsizlik Xidməti isə öz növbəsində Yevgeni Priqojinə qarşı silahlı qiyama çağırış maddəsi ilə cinayət işi açıb.
Ölkənin bir sıra şəhər və vilayətlərində antiterror rejimi tətbiq olunub, kütləvi tədbirlər ləğv edilib, bəzi magistral yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Prezident Vladimir Putin Rusiya vətəndaşlarına televiziya ilə müraciətində “Vaqner” qruplaşmasının fəaliyyətini silahlı qiyam və xəyanət adlandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]