Avropa İttifaqında ən aşağı saatlıq əməkhaqqı göstəricisi Bolqarıstandadır
Sofiya, 2 aprel, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələri saatlıq əməkhaqqı göstəricilərinə görə fərqlənir.
AZƏRTAC Avropanın Statistika Agentliyinə istinadla xəbər verir ki, ən aşağı saatlıq əməkhaqqı göstəricisi Bolqarıstanda 6,5 avro, Rumıniyada 8,1 avro, Macarıstanda 9,9 avrodur. Ən yüksək göstərici isə Danimarka 45,8 avro, Lüksemburq 42,1 avro və Belçikada 41,1 avrodur.
2020-ci ildə Aİ-də orta saatlıq əməkhaqqı göstəricisi 28,5 avro idi. Avrozonada isə bu rəqəm 32,3 avroya bərabər idi. 2019-cu illə müqayisədə Avropa İttifaqında saatlıq əməkhaqqı 3,1 faiz, Avrozonada isə 2,9 faiz artıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]