AVROPA İTTİFAQINDA SƏDRLİK FİNLANDİYAYA KEÇDİ
Finlandiyanın Baş naziri Matti Vanhanen bildirmişdir ki, onun ölkəsinin sədrliyi zamanı diqqət, ilk növbədə, Aİ-nin gələcəyinə, rəqabət qabiliyyətinə, beynəlxalq münasibətlərə, daxili siyasətə, qanunçuluq məsələlərinə yönəldiləcəkdir.
Vanhanen sədrliyi qəbul edərkən demişdir: “İnsanlar qərarların kimlər tərəfindən və necə qəbul olunduğunu bilməlidirlər. Finlandiya öz sədrliyini açıq etməyə çalışacaqdır. Biz şəffaflıq ab-havası yaradacağıq”.
Finlandiyanın sədrliyi dövründə Bolqarıstan və Rumıniyanın Avropa İttifaqına daxil olmasının müddəti müəyyən olunmalıdır. Bundan başqa, Türkiyə və Xorvatiya ilə danışıqlar davam etdiriləcəkdir. Finlandiya Aİ-nin 2007-2013-cü illər üçün vahid büdcə-maliyyə siyasətinin hazırlanması ilə bağlı məsələləri də həll etməli olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]