AVROPA ŞURASI İLƏ BİRGƏ SEMİNAR KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova dekabrın 8-9-da Avropa Şurası ilə birgə Bakıda və Qubada “Avropa insan hüquqları standartlarının milli insan hüquqları təsisatları tərəfindən tətbiqi” mövzusunda ikigünlük seminar keçirəcəkdir. Tədbir Avropa İnsan Hüquqları Konvensiyasının 55 illiyinə həsr ediləcəkdir.
Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə keçiriləcək yığıncaqda “Azərbaycanda insan hüquqlarının qorunması sahəsində vəziyyət”, “İnsan hüquqlarının qorunmasında ombudsmanların rolu”, “Dövlət orqanlarının fəaliyyətində Avropa İnsan Hüquqları Konvensiyası müddəalarının tətbiqi”, “Avropa Sosial Xartiyası və insan hüquqları” və digər mövzularda məruzələr dinləniləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:01]
Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir
- 06.10.2026 [11:40]
Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb
- 05.10.2026 [19:49]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [18:53]