AVROPA ŞURASININ EKSPERTLƏRİ BAKIYA GƏLƏCƏK
Qanun layihəsinin hazırlanması üzrə işçi qrupunun rəhbəri, deputat Rizvan Cəbiyev AZƏRTAC-ın müxbirinə demişdir ki, sənədin təkmilləşdirilməsi ilə bağlı Avropa Şurasının ekspertinin təkliflərinin hamısı nəzərə alınsa da layihə müxtəlif bəhanələrlə artıq 3 dəfədir ki, geri qaytarılır.
Rizvan Cəbiyevin fikrincə, 3-cü dəfə qaytarılan qanun layihəsi üzrə irəli sürülən irad və təkliflər Avropa Şurasının özünün tələblərinə, eləcə də beynəlxalq praktikaya ziddir.
Məsələnin ciddiliyini nəzərə alan işçi qrupu ekspertin özünü Bakıya dəvət etmişdir.