Avropa Universitet Oyunlarının bağlanış mərasimi olub
Debretsen, 25 iyul, AZƏRTAC
Macarıstanın Debretsen və Mişkolts şəhərlərinin ev sahibliyi etdiyi tələbələr arasında 5-ci Avropa Universitet Oyunlarının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Debretsen Universitetinin rektoru Zoltan Szilvassiy, Macarıstanın mədəniyyət və innovasiyalar naziri Balazs Hanko və Avropa Universitet İdman Assosiasiyasının prezidenti Adam Rokzek çıxış ediblər.
Rəsmi çıxışlardan sonra təntənəli konsert proqramı təşkil olunub, rəngarəng şoular nümayiş etdirilib.
Qeyd edək ki, yarışda 36 ölkədən 428 universitetin 3800-ə yaxın tələbəsi 18 idman növü üzrə bacarıqlarını göstəriblər. Azərbaycan idmançıları iyulun 12-dən 24-dək davam edən turnirdə yalnız 5 növdə təmsil olunublar. İdman Akademiyasının tələbələri 2-si qızıl, 2-si gümüş, 1-i bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [18:21]
Azərbaycanı Avropa çempionatında 6 parataekvondoçu təmsil edəcək
- 10.05.2026 [18:13]
Güləş komandası Vyetnamdan 1 dəst medalla qayıdır
- 10.05.2026 [18:06]
Faiq Qarayev: Ulu Öndərlə görüşlərim yaddaşımda silinməz izlər buraxıb
- 10.05.2026 [15:35]
“Bakı-Xankəndi” velosiped yarışının ilk mərhələsi yekunlaşıb
- 10.05.2026 [14:49]
Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb
- 10.05.2026 [13:36]
Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub
- 10.05.2026 [07:00]