Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”

“Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?”

Bakı, 23 iyun, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Könül Nurullayevanın “Eurasia Diary” portalında Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər və Aİ-nin ölkəmizin ərazi bütövlüyü məsələsinə yanaşması ilə bağlı məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Avropada ərazi bütövlüyü məsələsinə yanaşma necə dəyişdi?” adlı məqalədə bildirilir ki, son vaxtlar Avropa İttifaqının bütün institutlarında ərazi bütövlüyü və milli suverenlik məsələsinə münasibətdə vahid yanaşmaya istiqamətlənmə müşahidə olunur. Təkcə bu il Avropa İttifaqının ayrı-ayrı rəsmi və səlahiyyətli qurumları səviyyəsində 3 əsas sənəd qəbul olunub ki, onların da hər birində ərazi bütövlüyünə hörmət və sadiqlik ifadə edilir. Eyni zamanda, Aİ-nin xüsusilə Azərbaycana münasibətdə “ərazi bütövlüyü” anlayışının konkret parametrləri açıqlanır. Aydın olur ki, Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünə dəstəyi məhz beynəlxalq səviyyədə tanınmış sərhədlər, yəni, Dağlıq Qarabağ regionu ilə birlikdə olan ərazini nəzərdə tutur. Bu da nəticə etibarilə həmin sənədlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində hüquqi bazanın möhkəmlənməsinə xidmət edir. Belə ki, Aİ Xarici İşlər Nazirləri Şurasının bu il mayın 11-də qəbul etdiyi “Şərq Tərəfdaşlığının gələcəyi ilə yekunlar” sənədində Aİ ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq hüquqa olan sadiqliyini ifadə edib. Təsadüfi deyil ki, məhz bu sənədin qəbulundan sonra təşvişə düşən erməni analitiklərin dolaşıq və təzadlı təhlillərində guya Qərbin razılığı ilə Azərbaycanın hərbi əməliyyatlara başlayacağına dair müharibə anonsları yer almağa başladı. Ardınca, mayın 28-də BMT Təhlükəsizlik Şurasının BMT və regional təşkilatlar arasında əməkdaşlıq mövzusunda videokonfransı zamanı Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel milli suverenlik və ərazi bütövlüyünün dəstəklənməsinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementləri kimi qalacağını bəyan etdi.

Məqalədə bu il iyunun 10-da Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri xanım Marina Kalyurand, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi xanım Zelyano Zovkonun imzası ilə hazırlanan birgə bəyanatın əhəmiyyəti xüsusilə vurğulanır. Bəyanatda Ermənistanla işğal olunmuş Dağlıq Qarabağı birləşdirəcək üçüncü magistral yolla bağlı rəsmi Yerevana xəbərdarlıq edilir. Ermənistan Paşinyanın separatçı yol “strategiyası”nın əleyhinə olan və soyuq duş effekti yaradan bu sənədin təsirindən çıxmadan, 10 gün sonra Avropa Parlamenti daha konkret və prinsipial sənəd qəbul etdi. İyunun 19-da qəbul edilən - “Avropa Parlamentinin iyun (2020-ci il) sammiti ərəfəsində Aİ Komissiyasına və Komissiyanın vitse-prezidenti Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı üzrə xarici siyasət məsələləri və təhlükəsizlik üzrə ali nümayəndəsinə tövsiyə” adlı qətnaməsində isə “Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələbləri”nə istinad edilir. Sonuncu sənəddə Avropa İttifaqının sırf ərazi bütövlüyü ilə bağlı prinsipial mövqeyini əks etdirən bir sıra ciddi bəndlər yer alıb - ilk növbədə, erməni silahlı birləşmələri tərəfindən tutulmuş ərazilər “işğal edilmiş ərazilər” adlandırılıb. Həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün hələ də həll edilməmiş regional münaqişələr, xarici təcavüz və həmin ölkələrin bəzilərinin işğalının davam etməsi ucbatından pozulduğu qeyd olunub. Xarici qoşunların işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasına dair çağırış edilir. Bu çağırış ərazilərində işğalçı qoşunların dislokasiya edildiyi Şərq Tərəfdaşlığının iştirakçılarına aiddir.

Ən vacib məqam - sənəddə məhz xarici təcavüz nəticəsində baş verən münaqişələr zamanı insan haqlarının kobud şəkildə pozulduğu xatırladılır. Yəni, əsas diqqət Ermənistanın təcavüz və işğal siyasətinin qurbanı olan Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarına yetirilir. Bununla da erməni tərəfinin paranoid xarakterli iddiası - “Dağlıq Qarabağ xalqı”nın(?) öz müqəddəratını təyinetmə prinsipi ətrafında manipulyasiyası üçün nəfəs yeri qalmır. Qətnamənin daha bir bəndində isə qeyd olunur ki, əgər könüllü olaraq ilkin mövqelərə, yəni dövlət sərhədindən kənara çəkilməsələr, işğal olunmuş ölkənin qəbul edilmiş və bu gündən etibarən Avropa İttifaqı tərəfindən dəstəklənən öz ərazi bütövlüyünü güc yolu ilə təmin etmək hüququ var. Bu isə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün bütün mümkün variantlardan istifadə hüququna verilən dəstəkdir.

Müəllif qeyd edir ki, Avropa İttifaqı bu vaxta qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha çox məsuliyyətdən yaxasını kənara çəkmək, bütün məsuliyyəti ATƏT-in Minsk üçlüyünün “üzərinə yıxmaqla” seçilib. Həm də yalnız bununla yox, Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, Cənubi Qafqaz regionundakı oxşar münaqişələrə daha obyektiv münasibət sərgiləməklə. Yəni, Aİ-nin münaqişələrə selektiv yanaşması tez-tez rəsmi Bakını məyus edib. Halbuki Azərbaycan Avropa İttifaqına münasibətdə hər zaman etibarlı tərəfdaş qismində çıxış edib. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir, eyni zamanda, Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ölkəmiz Avropa İttifaqının milli təhlükəsizliyə bərabər sayılan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Aİ-yə üzv 9 dövlət ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Elə hazırda Aİ Şurasına sədrlik edən məhz bu strateji tərəfdaşlardan biri - Xorvatiyadır. Bu ölkənin Baş Naziri Andrey Plenkoviç öz çıxışlarının birində "Xorvatiya Avropa İttifaqına yaxınlaşmaq istəyən ölkələrin ambisiyalarına güclü dəstək verməklə Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında münasibətlərin daha da inkişafını dəstəkləyir. Bu mənada Şərq Tərəfdaşlığı ölkələrinin hər birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vacibdir, xüsusən bir sıra dondurulmuş münaqişələr kontekstində” söyləməklə Ermənistanın işğal siyasətinin Şərq Tərəfdaşlığı ilə ziddiyyət təşkil etdiyini vurğulamış oldu ki, bu da əslində, Avropa İttifaqının mövqeyi kimi qəbul olunur.

Xorvatiyanın Aİ Şurasının sədri kimi bu ədalətli və prinsipial mövqeyinə Bakı-Zaqreb strateji tərəfdaşlıq prizmasından baxdıqda tam aydın olur ki, dövlətlərarası münasibətlərdə strateji tərəfdaşlıq qarşılıqlı şəkildə milli maraqların adekvat və praqmatik təmin olunması ilə xarakterizə edilir. Strateji tərəfdaş həm də qlobal problemlərin həllində əsas rol oynayan aktor olmalıdır. Biz 25 illik tarixi olan Azərbaycan-Xorvatiya münasibətlərində bunun real nəticəsini görürük.

Deputat məqaləsinin sonunda vurğulayır ki, Avropa İttifaqının son vaxtlar milli suverenlik və ərazi bütövlüyü məsələsi ilə bağlı daha obyektiv mövqe nümayiş etdirməsi, strateji tərəfdaşların beynəlxalq müstəvidə ölkəmizə dəstəyi onu deməyə əsas verir ki, “orta güc” (middle power) kimi Azərbaycan mövcud mürəkkəb geosiyasi reallıqlar fonunda bütün diplomatik vasitələri öz perspektivinə çevirə bilir. Məhz Azərbaycan təcrübəsinə əsaslansaq - ağıllı xarici siyasət dövlətin strateji vəzifələrini və dünyadakı real vəziyyəti uzlaşdıraraq, mövcud olan bütün imkanlardan çevik və maksimum effektiv istifadə etmək bacarığıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır