AVROPADA MAŞINLARA QARŞI “MÜHARİBƏ” GEDİR
Ölkənin Bordodan Strasburqadək, Lilldən Marsel və Nitsayadək bütün iri şəhərlərini iğtişaşlar dalğası bürümüşdür. Polislə toquşmalar zamanı 312 adam həbs edilmişdir. Daxili Təhlükəsizlik Şurasının bazar günü qəbul olunmuş qərarına əsasən, onların hamısı xüsusi tribunal qarşısında cavab verəcəkdir.
Fransanın ali müsəlman dairələri iğtişaşları pisləyərək, fitva vermiş və öz möminlərinin bu hadisələrə qoşulmasını yasaq etmişdir.
Berlindən və Brüsseldən alınan xəbərlərə görə, eyni hadisə burada da baş verir. Noyabrın 6-da gecə Berlinin, əsasən, mühacirlər yaşayan müxtəlif küçələrində beş avtomobilə od vurulmuşdur.
Belçika polisinin məlumatına görə, Brüsseldə də gecə beş maşın yandırılmışdır. Polis bu hadisənin səbəblərini və Fransada törədilən iğtişaşlarla əlaqəsinin mümkünlüyünü hələlik şərh etmir. Hadisənin baş verdiyi Midi rayonunda, əsasən, Şimali Afrikadan olanlar yaşayırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]