“Avroviziya” mahnı müsabiqəsinin daimi şüarı qəbul edilib
Stokholm, 15 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
“Avroviziya” mahnı müsabiqəsinin təşkilatçısı olan ölkələr 20 ildən də artıq müddət ərzində hər dəfə müsabiqə üçün öz şüarlarını müəyyənləşdirərək irəli sürüblər.
Lakin indi Avropa Yayım Birliyi (AYB) “Musiqi ilə birləşənlər” (United by music) ifadəsinin “Avroviziya”nın daimi şüarı olması ilə bağlı qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, daha əvvəl bu şüar 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.
Qərar İsveçin “SVT” teleşirkəti gələn il Malmö şəhərində keçiriləcək müsabiqədə BBC-nin bu şüarından yenidən istifadə istəyini AYB-yə bildirdikdən sonra qəbul edilib.
“Müsabiqə ilə bağlı hazırlıqlara başladıqdan sonra şüar barədə düşünmək vaxtı yetişdi. Biz bu illər ərzində müsabiqədə istifadə edilən şüarlara nəzər yetirdik və məhz “Musiqi ilə birləşənlər” şüarının bu musiqi tədbirinin mahiyyətini ifadə etdiyi ilə bağlı qərar qəbul etdik. “Avroviziya”nı bundan daha yaxşı təsvir etmək mümkün deyil, bu musiqi tədbiri bütün Avropanı birləşdirir”, - deyə mahnı müsabiqəsinin “SVT” kanalındakı icraçı prodüseri Ebba Adielsson bildirib.
“Avroviziya”nın AYB-dəki icraçı prodüseri Martin Osterdal qeyd edib ki, müsabiqənin 70-ci ildönümü ərəfəsində onlar nəhayət, brendin əsl mahiyyətini ifadə edən şüarı tapmağa nail olublar.
“Avroviziya-2024” mahnı müsabiqəsinin keçirilməsi hüququ İsveçə aiddir, çünki ölkə təmsilçisi Lorin “Tatoo” mahnısı ilə builki tədbirin qalibi olub. Məhz bu uğurdan sonra İsveç qələbələrin sayına görə bu mahnı müsabiqəsinin rekordçusu adını qazanıb.
Qeyd edək ki, “Avroviziya-2024” mahnı müsabiqəsi “Malmö Arenada” 7, 9 və 11 may tarixlərində keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]