Avrozonada dövlət borcunun ÜDM-ə nisbəti 88 faizi ötüb
Berlin, 21 oktyabr, AZƏRTAC
Bu ilin ikinci rübünün sonunda Avrozonada (EA20) dövlətin ümumi borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 88,2 faiz təşkil edib. Bu göstərici ilin birinci rübünün sonu (87,7 faiz) ilə müqayisədə artıb. Avropa İttifaqında (Aİ) isə bu borcun ÜDM-ə nisbəti 81,5 faizdən 81,9 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.
Ötən ilin ikinci rübü ilə müqayisədə dövlət borcunun ÜDM-ə nisbəti həm avrozonada (87,7 faizdən 88,2 faizə), həm də bütövlükdə Avropa İttifaqında (81,2 faizdən 81,9 faizə) artıb. Dövlət borcunun əsas hissəsini qiymətli kağızlar təşkil edib. Bu kateqoriya avrozonada 84,2 faiz, Aİ-də isə 83,7 faiz olub. Kreditlərin payı avrozonada 13,2 faiz, Aİ-də isə 13,8 faiz, pul və depozitlər isə hər iki iqtisadi məkan üzrə 2,5 faiz təşkil edib.
Dövlət borcunun ÜDM-ə nisbəti üzrə ən yüksək göstəricilər Yunanıstanda (151,2 faiz), İtaliyada (138,3 faiz), Fransada (115,8 faiz), Belçikada (106,2 faiz) və İspaniyada (103,4 faiz) müşahidə olunub. Ən aşağı göstəricilər isə Estoniyada (23,2 faiz), Lüksemburqda (25,1 faiz), Bolqarıstanda (26,3 faiz) və Danimarkada (29,7 faiz) qeydə alınıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
- 24.09.2026 [04:22]
Avropa İttifaqı İrana çağırış edib
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]
Yəməndə köçkünlərin sayı 230 minə çata bilər
- 23.09.2026 [21:58]
ABŞ rəsmisi: Rusiya və Ukrayna məhdud atəşkəsdə maraqlıdır
- 23.09.2026 [21:52]
Hörmüz boğazında vurulan gəmidə yanğın baş verib, xəsarət alanlar var
- 23.09.2026 [21:36]
Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır
- 23.09.2026 [21:33]
Pezeşkian: ABŞ ilə danışıqlara hazırıq, amma güc dilini qəbul etmirik
- 23.09.2026 [21:26]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:58]