Avstraliya bu ölkəyə gələnləri yeni koronavirusla əlaqədar karantinə yerləşdirəcək
Tokio, 15 mart, AZƏRTAC
Avstraliyanın Baş Naziri Skott Morrison yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu ölkəyə gələn əcnəbilərin və ölkə vətəndaşlarının karantinə alınacağını bəyan edib.
AZƏRTAC xəbər verir ki, “7News” telekanalına müsahibə verən Baş Nazir deyib: “Biz xaricdən gələnlər üçün məcburi özünütəcridetmə tələbini tətbiq edirik və həmin tədbir bu gün saat 00:00-dan sonra qüvvəyə minir”.
Bundan sonra Avstraliyaya gələn bütün əcnəbilər və ölkə vətəndaşları məcburi şəkildə 14 gün karantində qalacaqlar.
Hökumət, həmçinin xarici ölkələrdən gələn kruiz laynerlərinin Avstraliya limanlarına girişinə də 30 gün müddətində qadağa tətbiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]