AVSTRALİYA DEPUTATI MÜSƏLMANLARDAN ÜZR İSTƏMİŞDİR
Xanım Vale, Avstraliyanın digər sakinləri kimi, müsəlmanların da öz dininə etiqad etməsi hüququnu tanıdığını bildirərək demişdir ki, demoqrafik göstəricini kimlərinsə xətrinə dəymək və ya aranı qarışdırmaq məqsədi ilə deyil, sadəcə olaraq, bir nümunə kimi xatırlatmışdır.
Onun sözlərinə görə, 50 ildən sonra ölkəni tanımaq mümkün olmayacaqdır. Doğrudur, deputatın fikrincə, buna təqsirkar müsəlmanlar deyil, arzuedilməz hamiləliyə qarşı istifadə edilən RU486 tibb preparatıdır. O demişdir ki, dəfələrlə ciddi müzakirələrə və narahatlığa səbəb olan bu həblərdən istifadə edilməsi fəlakətli nəticələrə gətirib çıxara bilər. Çünki Avstraliyada doğumun sayı onsuz da çox aşağı səviyyədədir. RU486 preparatı isə vəziyyəti daha da pisləşdirir.
Danna Vale demişdir: “Biz, sadəcə olaraq, öz nəslimizi öz arzumuzla kəsirik. Hər il 100 min qadın hamiləliyini könüllü surətdə dayandırır. Bu rəqəmi 50-yə vursaq, görərik ki, 50 ildən sonra avstraliyalıların sayı 5 milyon nəfər az olacaqdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]