Avstraliya hərbi gəmilərinin sayını iki dəfədən çox artırmağı planlaşdırır
Bakı,20 fevral, AZƏRTAC
Avstraliya hökuməti hərbi donanmasını əhəmiyyətli dərəcədə gücləndiriləcəyini açıqlayıb.
AZƏRTAC Deutschlandfunk radiostansiyasına istinadla xəbər verir ki, Avstraliya Müdafiə Nazirliyi on il ərzində iri hərbi gəmilərin sayının 11-dən 26-ya çatdırmağı planlaşdırır. Bunun üçün əlavə olaraq, 6,5 milyard avro ayrılması nəzərdə tutulur. Beləliklə, ölkənin müdafiə xərcləri ümumi daxili məhsulun 2,4 faizinə qədər artırılacaq. Nazirlikdən verilən məlumata görə, yeni gəmilər hazır olduqdan sonra Avstraliya İkinci Dünya müharibəsindən bəri ən böyük donanmaya sahib olacaq.
Qeyd edək ki, Avstraliya ABŞ və Böyük Britaniya ilə birgə AUKUS hərbi ittifaqına daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]