Avstraliya onilliklər boyu davam edən meqaquraqlıqla üzləşə bilər
Bakı, 2 aprel, AZƏRTAC
Tədqiqatlar Avstraliyanın onilliklər boyu davam edən meqaquraqlıqla üzləşə biləcəyi barədə xəbərdarlıq edir.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Avstraliya Milli Universitetinin tədqiqatçıları burada 850-2000-ci illər arasında baş vermiş quraqlıqların simulyasiyası üçün bir çox iqlim modellərindən istifadə edərək, onların gələcəkdə necə dəyişə biləcəyini müəyyənləşdirib.
Tədqiqat nəticəsində 20-ci əsrdə Avstraliyanın cənub-qərbində və şərqində quraqlığın sənayeləşmədən əvvəlki dövrlərə nisbətən daha uzun olduğu aşkarlanıb. Alimlər iqlim dəyişikliyinin daha da şiddətlənən təsirlərini nəzərə alaraq, qitənin 20 ilədək davam edən meqaquraqlıqla üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.
Tədqiqatçılar əsas diqqəti Avstraliyanın ən böyük kənd təsərrüfatı bölgəsi olan Murray-Darlinq hövzəsinə yönəldiblər. Müəyyən edilib ki, iqlim dəyişikliyi artıq hövzədə, eləcə də ölkənin cənub-qərbində daha uzunmüddətli quraqlıqlara səbəb olur.
Mütəxəssislərin fikrincə, gələcək quraqlıqların təsirini azaltmaq üçün avstraliyalılar su saxlama və idarəetmə planları hazırlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]