Avstraliyada avtomobillə vurulan deputat ayaqlarını itirib
London, 21 oktyabr, AZƏRTAC
Avstraliyada avtomobillə qəsdən vurulduğu bildirilən deputat Helen Heyns aldığı ağır xəsarətlər nəticəsində hər iki ayağını itirib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə deputatın həyat yoldaşı Fil Heyns Melburnda keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, hadisə həyat yoldaşının ağır xəsarətlər almasına səbəb olsa da, onun həyatı xilas edilib: “Bütün bunların içində yaxşı xəbər odur ki, o, sağdır. Ürəyi və zehni fəaliyyəti yaxşı vəziyyətdədir”.
Fil Heyns həyat yoldaşının sağalma prosesinin uzun və çətin olacağını bildirib.
Məlumata görə, hadisə Vanqaratta şəhərində, deputatın seçki dairəsi üzrə ofisinin qarşısında baş verib. İddialara əsasən, 43 yaşlı Brendan Nucent idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobili qəsdən deputatın üzərinə sürüb. Hadisədən dərhal sonra saxlanılan şübhəli şəxsə qarşı bir neçə ittiham irəli sürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [14:52]
Çin alimləri su qıtlığına qarşı yeni strategiya təklif ediblər
- 27.10.2026 [13:49]
Şri-Lankada əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb
- 27.10.2026 [13:24]