Avstriya hökuməti koronavirusla əlaqədar növbəti tədbirlər paketini açıqlayıb
Vyana, 15 mart, AZƏRTAC
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Avstriya hökuməti növbəti tədbirlər paketini bəyan edib.
AZƏRTAC xəbər verir ki, hökumət bütün idman və əyləncə mərkəzlərinin, eləcə də restoran və kafelərin bağlanması barədə qərar qəbul edib. Eyni zamanda, alternativ hərbi xidmətdə olan şəxslərin xidmət müddəti uzadılıb və son beş ildə xidmətdə olan şəxslər səfərbər edilib.
Səyahət məhdudiyyətləri tətbiq olunan ölkələrin sayı da artırılıb. Böyük Britaniya, Niderland Krallığı, Ukrayna və Rusiyadan Avstriyaya giriş qadağan olunub. Eyni zamanda, ölkədə karantin tətbiq olunan regionların siyahısına Karintiya federal əyalətinin Hayliqenblut xizək regionu da əlavə edilib.
Hökumət, həmçinin kiçik və orta müəssisələri koronavirus böhranının fəsadlarından qorumaq üçün dörd milyard avro həcmində vəsait ayırıb.
Qeyd edək ki, Avstriyada koronavirusa yoluxanların sayı 800 nəfərə çatıb, virus səbəbindən bir nəfər həyatını itirib, altı nəfər isə bu xəstəlikdən sağalıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]