Avstriya hökuməti ölkədə karantin qaydalarını yumşaldacaq
Vyana, 2 fevral, AZƏRTAC
Fevralın 1-də Avstriya hökuməti ayın 8-dən sonra ölkədə koronavirus pandemiyası ilə əlaqədar qüvvədə olan sərt karantin rejimi ilə bağlı gedişatı açıqlayıb.
AZƏRTAC xəbər verir ki, hökumətin birgə mətbuat konfransında qeyd dilən tarixdən etibarən sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılacağı elan edilib. Qeyd edilib ki, virusa yoluxma halları hələ də yüksək olmasına baxmayaraq, ticarət obyektləri müəyyən şərtlər altında fəaliyyətini bərpa edəcək, məktəblərdə isə tədris prosesi növbəlilik prinsipi əsasında aparılacaqdır.
Federal Kansler Sebastian Kurts bildirib ki, koalisiyalı hökumət bu qərarları qəbul etməzdən öncə federal əyalətlərin qubernatorları, müxalifət partiyalarının liderləri və ekspertlərlə məsləhətləşmələr aparıb. Müzakirələrdə əsas sual infeksiyanın artmasına yol açmadan karantin qaydalarının hansı istiqamətlərdə yumşaldılmasının mümkünlüyü olub.
Bildirilib ki, iki həftəlik müddətdən sonra ölkədəki yoluxma statistikasını nəzərə alaraq karantin rejimində sərtləşdirilmə və ya yumşaldılma məsələləri yenidən nəzərdən keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]