AVSTRİYA İLƏ TİCARƏT DÖVRİYYƏSİ 96 FAİZ ARTMIŞDIR
İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Əlihüseyn Şaliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsinin həcmi 13,9 milyon ABŞ dolları məbləğində olmuşdur. Respublikamızdan Avstriyaya ixrac 300 min, Avstriyadan idxal 13,6 milyon dollar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsi 96 faiz artmışdır. Ölkəmizdən Avstriyaya ən çox fındıq, meyvə unu, reklam materialları, nərə balığı, kürü və sair, Avstriyadan Azərbaycana qovrulmamış maya, papiros kağızı, qazanlar, mexaniki cihazlar, uşaq yeməkləri idxal olunmuşdur.