SİYASƏT
Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
Bakı, 10 sentyabr (AZƏRTAC). Sentyabr 11-12-də Avstriya Respublikasının Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurts Azərbaycan Respublikasında rəsmi səfərdə olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində S.Kurts bir sıra görüşlər keçirəcək.