Avstriyanın Tirol federal əyalətində de-fakto komendant saatı elan olunub
Vyana, 15 mart, AZƏRTAC
Avstriyanın federal əyalətində koronavirus pandemiyası ilə əlaqədar “hərəkət məhdudiyyəti”, yəni, de-fakto komendant saatı elan olunub.
AZƏRTAC xəbər verir ki, ölkədə ən çox virusa yoluxanların yaşadığı bu federal əyalətin qubernatoru Qünter Platter 1,8 milyon əhalini qorumaq üçün sərt addımlar atılmasının lazım gəldiyini bildirib.
O, sakinlərə yalnız ən vacib hallarda (ərzaq və dərman almaq, eləcə də peşə fəaliyyəti ilə əlaqədar) evlərini tərk etməyi tövsiyə edib. Martın 15-dən qüvvəyə minən “hərəkət məhdudiyyəti” hələlik bir həftə müddəti əhatə edəcək.
Polis və rəsmi qurumların təmsilçilərinə insanları və avtomobilləri saxlayaraq evlərini hansı məqsədlə tərk etdiklərini araşdırmaq, tutarlı səbəb olmadıqda isə cərimələmək səlahiyyəti verilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]