AVTOMAGİSTRALLARDA YOL-NƏQLİYYAT QƏZALARININ SAYI AZALMIŞDIR
Cari ilin yanvar-aprel aylarında Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin 66 faizi yaşayış məntəqələrində, 34 faizi avtomagistrallarda olmuşdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, avtomagistrallarda baş vermiş qəzaların sayı ötən ilin müvafiq dövründəkinə nisbətən 42 faiz, yaralananların sayı 34,8 faiz, həlak olanların sayı 11,5 faiz azalmışdır.