AVTOMOBİL NƏQLİYYATINDAN 259,5 MİLYON NƏFƏR SƏRNİŞİN İSTİFADƏ ETMİŞDİR
Cari ilin altı ayında avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 23,2 milyon ton yük və 259,5 milyon sərnişin daşınmışdır.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fiziki şəxslər bütün növ daşımaların 43,3 və 57,6 faizini həyata keçirmişlər.
Dövlətimizin özəl bölmənin inkişafına daim diqqət və qayğı ilə yanaşması, bu sahədəki fiziki şəxslərin də normal fəaliyyət göstərməsinə və sağlam iqtisadi rəqabətdə iştirak etməsinə imkan yaratmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]