Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avtomobil ustası: 14-55 yaşadək tələbələri birləşdirən peşə

Bakı, 23 dekabr, Aysel Azad, AZƏRTAC

Müasir dövrdə avtomobil istifadəçilərinin sayı durmadan artır. Bu isə avtomobil təmirçilərinə olan tələbatın yüksəlməsinə səbəb olur. Bu sənəti usta yanında öyrənməyə çalışanlar olsa da, peşə məktəbində nəzəri biliklərlə yiyələnmək istəyənlər də az deyil.

AZƏRTAC-ın əməkdaşı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində avtomobillərin təmiri üzrə təhsil alan tələbələrlə həmsöhbət olub.

Mərkəzdə bu sahə üzrə avtomobil elektrik, avtomobillərin təmiri çilingəri, avtomobil diaqnostikası və təmiri ustası kimi ixtisaslar tədris olunur. Burada müxtəlif yaş qruplarında tələbələr təhsil alırlar. Əksəriyyəti isə məhz avtomobil işinə maraq və sevgisindən mərkəzə üz tutduğunu bildirir.

Yaradıldığı gündən təhsil müəssisəsində müəllim kimi çalışan Elmar Baxşıyev deyir ki, 10-dan çox bölmənin cəmləşdiyi mərkəzdə ən çox tələbə avtomobil ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, hazırda avtomobil ixtisası üzrə 8 qrup var və hər qrupda 20 tələbə təhsil alır: “Azərbaycan Texniki Universitetinin (AzTU) avtomobil mühəndisliyi ixtisasını bitirmişəm. Cənubi Koreya Respublikasında “Hyundai” şirkətində, daha sonra isə Türkiyədə təlimlərdə iştirak etmişik. Tədrisin gedişatında dərslərin 30 faizi nəzəri, qalan hissəsi isə praktiki olaraq həyata keçirilir”.

Ancaq səslənən rəqəmlərə əsasən qrupda şagirdlərin sayı az idi. Bildirildi ki, emalatxana geniş olmadığına görə tədrisin daha keyfiyyətli olması üçün qruplar növbəli şəkildə cəlb olunurlar. Bununla yanaşı, təcrübə müddətinin bir qismi mərkəzin emalatxanasında, digər qismi isə qruplar arasında bölünərək təhsil müəssisəsinin əməkdaşlıq etdiyi servislərdə təşkil olunur. Tələbələr həmin servislərə qrup şəklində həftə ərzində 2-3 gün arasında gedirlər.

Elmar Baxşıyev deyir ki, mərkəzdə ixtisas peşə təhsil səviyyəsində öyrədilsə də, tələbələr təhsil müddətini başa vurduqdan sonra asanlıqla ali məktəbə üz tuta bilərlər. Bu fürsət 3 illik subbakalavr təhsili alan tələbələrə aiddir: “Tədris müddəti ümumilikdə 1 illik və 3 illik subbakalavr təhsili olaraq ayrılıb. Birillik təhsil alan tələbələrimiz 11-ci sinif məzunlarıdır, onlar ilin yekununda imtahan verərək diplom alırlar. Doqquzuncu sinfi başa vurub gələnlər isə 3 illik subbakalavr təhsili alırlar. Həmin tələbələrin proqramı daha geniş olduğuna görə onlar təhsillərini başa vurduqdan sonra universitetlərə keçid edə bilirlər. Həmçinin təklif var ki, növbəti illərdə subbakalavr kimi bu sahəni bitirən tələbələr ali məktəbdə birbaşa olaraq 2-ci kursda təhsillərini davam etdirsinlər. Ümidvarıq ki, yaxın zamanda bu təklif reallaşacaq”.

Mərkəzdə olduğumuz müddətdə bir neçə avtomobil təmir üçün emalatxanaya daxil oldu. Bəs, bu avtomobillər haradan gətirilir? Elmar Baxşıyev deyir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Cənubi Koreya layihəsi əsasında yaradılıb. Buna görə avadanlıqların çoxu Koreya istehsalıdır: “Mərkəzin təlim təşkil etməsi üçün Koreya tərəfindən təqdim edilən 10 avtomobil var. Bütün təlim prosesləri bu avtomobillərin üzərində həyata keçirilir. Bununla yanaşı, müqavilə əsasında təmir prosesinə dövlət müəssisələri, əsasən də Elm və Təhsil Nazirliyinin avtomobilləri cəlb edilir. Müqaviləyə əsasən də təmir qarşılığında ödəniş edilir”.

Mərkəzdə qızların da avtomobil ixtisasına cəlb olunması nəzərdə tutulub. “Avtomobil ixtisasına hazırda qızların qəbulu elə də çox deyil. Bunu işin ağırlığı ilə əlaqələndiririk. Satış mərkəzlərində çalışan xanımların avtomobil haqqında daha geniş biliyə sahib olması üçün yeni modul hazırlanır. Ola bilər ki, gələcəkdə tədris bu modul əsasında aparılsın və qızlar da bu sahəyə cəlb edilsin”, - deyə Elmar Baxşıyev bildirib.

Mərkəzdə avtomobil ixtisası üzrə 14 yaşdan 55 yaşadək tələbələr təhsil alırlar. Servisdə təcrübədə olduqlarına görə adı çəkilən yaş qrupları ilə söhbətləşə bilmədik. Ona görə də, sonuncu kursda təhsil alan 23 yaşlı Cavad Qocayevlə həmsöhbət olduq. Cavad deyir ki, təhsilinin bir ili karantin dövrünə təsadüf edib: “Bir il altı aydır ki, avtomobillər üzərində işləyirik. Buradan sonra hədəfim AzTU-nun mühəndislik ixtisasında oxumaqdır. Gələcəkdə mühəndis kimi avtomobil sahəsində ölkəmə xidmət etmək istəyirəm”.

İkinci kursda təhsil alan 16 yaşlı Gülağa Ələkbərlinin bu sahəyə marağı ailəsindən gəlir. Atası 25 ildən çoxdur ki, avtomobil ustasıdır. Gülağa avtomobili daha dərindən öyrənmək üçün peşə məktəbinə üz tutub: “Uşaqlıqdan marağım olduğu üçün sərbəst şəkildə avtomobillər üzərində çalışa bilirəm. Ali səviyyədə təhsilimi davam etdirmək istəyərəm, fikrimcə, ixtisas haqqında bilikləri təkmilləşdirməyin ziyanı yoxdur. Məqsədim yeni təkmilləşmiş avtomobillərin üzərində işləməkdir. Gələcəkdə şəxsi avtomobil servisimi açmaq istəyirəm”.

Gülağa tədris müddətində öyrəndiklərini evdə atası ilə bölüşür: “Atam dizel maşınları üzrə ixtisaslaşıb, köhnə qaydada işləyib, elektrik sistemindən məlumatsızdır. Mən avtomobillərin diaqnostikasını öyrənirəm. Buna görə də müasir avtomobillərlə bağlı fikirlərimi atamla bölüşürəm. Hələlik bilmədiklərim çoxdur, öyrənməyə çalışıram”.

 

Uğur əldə etmək üçün təhsil almaq çox vacibdir. Amma əsası odur ki, seçdiyin peşəni sevəsən. Onda özünü doğrulda bilərsən.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sanatoriyaya getmək istəyənlər bu stansiyadan keçir - “8:20-də Vağzalda”

Almaniyada avtomobil məktəbliləri vurub, iki uşaq həlak olub

Azərbaycan Respublikasının Müstəqillik Günü Madriddə təntənəli şəkildə qeyd olunub

U-21 millinin heyətinə yeni futbolçu cəlb edilib

Tramp: İran razılığa gəlməyi çox istəyir

Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi fikirlər aqrar sahədə yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir - RƏY

Havanada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Bu saata olan əsas xəbərlər

Baş nazir: Gürcüstan xalqına və hökumətimizə qarşı yeni hücum dalğası başlayıb

Azərbaycanın xor kollektivi beynəlxalq müsabiqədə laureat adını qazanıb

Premyer Liqaya yüksələn komanda baş məşqçisi ilə yollarını ayırıb

Gürcüstan Prezidenti: Azərbaycanla dostluq münasibətləri Cənubi Qafqazda sülhün əsasını təşkil edir

Baş nazirin müavini: Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var

Qazaxda “Səməd Vurğun - 80” və “Yadıma düşdü” filmləri təqdim edilib

Sofiyada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil olunub

“Sabah” bombardiri ilə yeni müqavilə imzalayıb

Ukraynanın Prezidenti Volodimir Zelenskidən

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvilidən

Tolqay Arslan yaşıl meydanlarla vidalaşıb

Gürcüstan Prezidenti Qurban bayramı ilə əlaqədar Tbilisidəki Cümə məscidini ziyarət edib

Vensan Abubakar Türkiyədə azərbaycanlı futbolçu ilə komanda yoldaşı ola bilər

"Şimal" I Liqada qalıb

CAR-da keçirilən rəsmi qəbulda Bakının WUF13-ə uğurla ev sahibliyi etməsindən bəhs olunub

Peskov: Moskva Ermənistanı Avrasiya İqtisadi Birliyində qalmağa razı salmaq niyyətində deyil

Polis əməkdaşları arasında əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatı başa çatıb

Niderland millisinin dünya çempionatı üçün yekun heyəti bəlli olub

Professor Hacıbaba Adiloğlu: Azərbaycan mədəniyyətinin zənginliyinin təməlində Vətənə sevgi dayanır

Litva rəsmisi Azərbaycanın müstəqillik yolunu yüksək qiymətləndirib

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

Göyçayda 3 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb – YENİLƏNİB VİDEO

28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib

Azərbaycan startapı “Silkway Accelerator 2026” beynəlxalq proqramında iştirak edəcək

Avropada Ebola virusu ilə bağlı nəzarət tədbirləri gücləndirilir

Vyanada Azərbaycan Xalq Cümhuriyyətinin irsi və müstəqillik ənənələri vurğulanıb

1918-ci ilin ideallarından mütləq suverenliyə: Azərbaycanın tarixi zəfəri

Agentlik: Ölkə üzrə 134 ünvanda satış və kəsim xidmətləri göstərilir

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib

Astarada 45 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Azərbaycanın Müstəqillik Günü Moskvada təntənəli qəbul ilə qeyd olunub VİDEO

Almaniyada təhsil alan həmyerlimiz: Müstəqillik Gününü ilk dəfə Vətənimizdən kənarda qeyd etmək mənə unudulmaz hisslər yaşatdı

Marneulidə dostluq və həmrəylik tədbiri: “Qafqazın iki müstəqil səsi”

Zelenski Rusiya ilə müharibənin bu ilin noyabrınadək davam edəcəyini açıqlayıb

Qurban bayramı münasibətilə Daşkəsən, Göygöl və Naxçıvanda sosial yardım aksiyaları təşkil edilib

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Almaniya XİN-in rəsmisi: Azərbaycan bizim üçün çox mühüm tərəfdaşdır VİDEO

Müstəqillik Günü - şərəf və qürur tariximiz

Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

AYİB-in idarəedici direktoru: Məqsədimiz Azərbaycan üçün etibarlı tərəfdaş olmaqdır VİDEO

Naxçıvanda Qurban bayramı ilə bağlı 9 ünvanda satış və kəsim xidmətləri göstərilir

Çernovtsıda Azərbaycanın zəngin mədəni irsi və milli mətbəxi təqdim olunub

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub VİDEO

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

Zaqrebdə 28 May - Müstəqillik Günü qeyd olunub

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

Yevlaxda 3 minə yaxın ailəyə bayram sovqatı çatdırılıb

İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumuna maraq böyükdür, 1500-dən çox iştirakçı qeydiyyatdan keçib

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yaşıl zəmilərin al-qırmızı gözəli: İsmayıllıda lalə mövsümü FOTOLAR VİDEO

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olunub

Şahin İsmayılov: Yeni Dövlət Proqramının uğurlu icrası aqrar sahənin inkişafında yeni mərhələnin başlanğıcı olacaq

Gəncədə bayram namazı qılınıb, qurbanlar kəsilib

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Müstəqillik Günü Almaniyada təntənəli şəkildə qeyd olunub VİDEO

Azərbaycanın turizm potensialı Çində tanıdılır

"Kəpəz" daha bir futbolçu ilə müqaviləni yeniləyib

Sabah hava əsasən yağmursuz olacaq

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir

Ekspert: Yeni Dövlət Proqramı maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur  VİDEO

İmkansız ailələrə qurbanlıq ət verəcəyik – Paytaxtda heyvan kəsimi və satışı məntəqələrində qələbəlik müşahidə olunur VİDEO

 Bu saata olan əsas xəbərlər

Almaniyada insanların əksəriyyəti vahid təhsil standartlarının tətbiqini dəstəkləyir

Tərtərdə şəhid ailələrinə və aztəminatlı şəxslərə bayram sovqatı verilib

Nazirlik rəsmisi: Müasir suvarma sistemləri məhsuldarlığı iki dəfədən çox artırır

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

Şuşada bayram namazı qılınıb VİDEO

Şuşada bayram namazı qılınıb VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Paraplan uçuş aparatı vasitəsilə ölkəyə 47 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib VİDEO

Naxçıvanda “İşığa doğru” adlı inklüziv konsert proqramı təşkil olunub

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb VİDEO

Ukraynanın Krivoy-Roq şəhərində 28 May - Müstəqillik Günü qeyd edilib

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun VİDEO

Bu gün minifutbol üzrə Avropa çempionatına start verilir

Ağsuda oğurluq edən şəxs həbs olunub

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu reallaşacaq

Bu gecə Konfrans Liqasının qalibi bəlli olacaq

Hacıqabulda oğurluq edən iki nəfər həbs olunub

Ağdamda şəhid ailələrinə və aztəminatlı şəxslərə qurban payları verilib

Yeddi şəhidin xatirəsinə həsr edilmiş tamaşa nümayiş olunub

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO

Azərbaycanda Qurban bayramıdır

BMT: Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır

İspan rəssamı: Azərbaycan xalçalarında məni həndəsi simvollardan ibarət bütöv bir kosmos heyrətləndirir - MÜSAHİBƏ

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib

İlham Bayramov: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə su ehtiyatlarının idarə olunması təcrübəsini bölüşməyə hazırdır

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Düşənbədə su gündəliyinin əsas məsələlərinə həsr olunmuş tematik sessiyalar

ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığı etdiyi deyilən gəmiyə zərbə endirib

İmişlidə yol qəzası olub, piyada xəsarət alıb