AYB-də “Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib
Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Heydər Əliyev-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: alim, yazıçı Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlunun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibləri - Səlim Babullaoğlu, İlqar Fəhmi, Elçin Huseynbəyli, yazıçı Varis Yolçuyev, bioloq alim Əlisahib Hüseynli, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin şöbə müdiri Şahlar Göytürk və başqaları mövzu ilə bağlı çıxışlar ediblər.
Qeyd edilib ki, Sadıq Qarayev biologiya üzrə fəlsəfə doktorudur, “Sahibsiz kölgələr”, “Sahilsiz təzadlar” kimi yeni üslubda bədii, elmi, fəlsəfi və detektiv janrların sintezində romanlar ərsəyə gətirib. Bu günlərdə onun 44 günlük Vətən müharibəsindən bəhs edən “N saylı qəhrəmanlıq” romanı işıq üzü görüb.