Aynur Kərimova: Uşaq İncəsənət Festivalına 27 minə yaxın iştirakçı cəlb olunub
Bakı, 13 noyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı keçirilib. Festivalın əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, uşaqların milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə, onlarda mədəni həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin şöbə müdiri Aynur Kərimova noyabrın 13-də festivalın yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Uşaq İncəsənət Festivalına 27 minə yaxın iştirakçı cəlb olunub. “Festival 21 nominasiya üzrə keçirilib, qeydiyyat Bakı və regionlarda paralel aparılıb. İşğaldan azad olunmuş ərazilərdə - Zəngilanın Ağalı kəndində də bu cür festivalın təşkili çox önəmli faktordur. Eyni zamanda, Laçın Şəhəri Günündə də festivalın böyük bir stendi var idi ki, orada uşaqlar öz fəaliyyətlərini nümayiş etdirdilər. Qaliblər artıq məlumdur. Ümid edirik ki, bu festival onların yaddaşından silinməyəcək”, - deyə A.Kərimova qeyd edib.