CƏMİYYƏT
Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunmaqla bağlı maarifləndirmə işləri aparılır
Bakı, 8 avqust, AZƏRTAC
“Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi “Azad olmuş ərazilərdə yırtıcı və zəhərli heyvanlardan qorunma” layihəsinin icrasını davam etdirir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə doğma yurdlarına qayıtmış yerli sakinləri, quruculuq işlərində çalışan insanları ərazinin heyvanat aləmi, o cümlədən yırtıcı və zəhərli heyvan növləri barədə məlumatlandırmaq və bu heyvanlardan qorunma tədbirləri ilə bağlı təlimatlandırmaqdır.
Bununla bağlı iyulun 27-də və 28-də Laçında 100-dək yerli sakin və yol-tikinti işçiləri ilə görüşlər keçirilib, onlara yırtıcı məməlilərə və quşlara, zəhərli ilanlara, əqrəb və həşəratlara dair bukletlər paylanıb, iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, analoji görüşlər bundan əvvəl Füzulidə də keçirilib.
Qeyd edək ki, layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.