AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib
Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Minsk-Bakı marşrutu üzrə ilk müntəzəm uçuşunu həyata keçirib.
AZƏRTAC xəbər verir ki, AZAL-ın təyyarəsi Minsk Milli Hava Limanında iki ölkə arasında hava əlaqəsində yeni mərhələnin başlanğıcını simvolizə edən ənənəvi su tağı ilə təntənəli şəkildə qarşılanıb.
Tədbirdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndələri, Azərbaycanın Belarusdakı səfiri, diasporumuzun nümayəndələri və Minsk Milli Hava Limanının rəhbərliyi iştirak ediblər.
Yeni marşrut sərnişinlərin iki paytaxt arasında rahat gediş-gəlişi üçün geniş imkanlar açır. Bu istiqamətlərdə uçuşlar həftədə dörd dəfə həyata keçiriləcək ki, bu da turistlər və biznes tərəfdaşları üçün əlavə perspektivlər yaradacaq.
Uçuş cədvəli ilə aviaşirkətin rəsmi www.azal.az saytında tanış ola bilərsiniz. Aviabiletləri, həmçinin aviaşirkətin mobil tətbiqində və akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]