AZAL Turizm İşçiləri Günü münasibətilə 29 faiz endirim elan edir
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabrın 29-da ölkədə qeyd olunan Turizm İşçiləri Günü münasibətilə yeni aksiyaya start verir.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, yalnız sentyabrın 29-da aviabilet alan hər bir sərnişin AZAL aviaşirkətinin bütün istiqamətlərində 29 faiz endirimdən yararlana biləcək.
Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr tarixləri üçün əldə etmək olar.
Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd edək ki, aksiya “Azərbaycan Hava Yolları”nın çarter və kod-şerinq reyslərinə şamil edilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]