Azərbaycan 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan 2025-ci ildə keçiriləcək III MDB Oyunlarına ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar MDB-yə üzv ölkələrin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının onlayn formatda baş tutmuş növbədənkənar iclasında qəbul olunub.
II MDB Oyunları isə 2023-cü ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq.
Toplantıda, həmçinin idman sahəsində əməkdaşlığın aktual məsələləri də müzakirə edilib. O cümlədən, ayrı-ayrı idman növləri üzrə MDB çempionatlarının və kuboklarının keçirilməsi məsələsinə baxılıb. İşçi Qrupuna 2022-ci il iyunun 1-dək MDB yarışları ilə bağlı əsasnamə layihəsinin hazırlanması tapşırılıb.
Qeyd edək ki, I MDB Oyunları bu il sentyabrın 4 -11-də Rusiyanın Kazan şəhərində keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]