Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN-ABŞ HƏRBİ ƏMƏKDAŞLIĞI STRATEJİ XARAKTER DAŞIYIR

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir, general-polkovnik Səfər Əbiyev iyulun 27-də Amerika Birləşmiş Ştatları Oklahoma ştatı Milli Qvardiyasının komandanı general-mayor Harri Vyattın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir qeyd etmişdir ki, artıq Azərbaycan-ABŞ hərbi əməkdaşlığı strateji xarakter daşıyır. Bu əməkdaşlığın əsası ümummilli lider Heydər Əliyev 1997-ci ilin iyul ayında Vaşinqtona rəsmi səfəri zamanı qoyulmuşdur. 2001-ci ilin sentyabr hadisələrindən sonra isə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı sürətlə inkişaf etməyə başlamışdır.

“Azadlıq Aktı”na 907-ci düzəlişin fəaliyyəti dayandırıldıqdan sonra isə Azərbaycan-ABŞ hərbi əməkdaşlığı genişlənmişdir. Bu əməkdaşlıq indi də bir çox istiqamətlərdə davam etdirilir.

Azərbaycan-NATO münasibətlərinə toxunan müdafiə naziri bildirmişdir ki, Azərbaycan Şimali Atlantika Alyansı ilə ikitərəfli əməkdaşlığını uğurla davam etdirir. Bu əməkdaşlığın inkişaf etdirilməsində biz ABŞ-ın rolunu yüksək qiymətləndiririk. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Kosovo, Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda fəal iştrak edirlər.

Səfər Əbiyev Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət haqqında danışaraq bildirmişdir ki, regionda vəziyyət olduqca gərgindir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmamışdır, məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyildir. Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını tələb edirik. Münaqişənin həllində Ermənistan tərəfi destruktiv mövqe tutaraq özünü mövcud situasiyaya uyğun aparmır. Azərbaycan bu vəziyyəti nəzərə alaraq adekvat tədbirlər görmək məcburiyyətindədir.

Harri Vyatt Azərbaycanın qlobal terrorizmlə mübarizədə fəal iştrakına görə Azərbaycan xalqına və dövlətinə təşəkkür edərək demişdir: “Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin İraqda, Əfqanıstanda və Kosovoda ABŞ Silahlı Qüvvələrinin əsgərləri ilə bir yerdə xidmət etməsini biz Azərbaycan xalqının böyük uğuru kimi qiymətləndiririk. Sizin gözəl Silahlı Qüvvələriniz və çox intizamlı əsgərləriniz vardır. Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edə bilərsiniz”.

General-mayor H.Vyatt qeyd etmişdir ki, biz sülhməramlı əməliyyatlar zamanı bir-birimizin təcrübəsindən öyrənirik. İnanırıq ki, Azərbaycan iqtisadi baxımdan inkişaf etdikcə onun Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakı da güclənəcəkdir.

Azərbaycan-NATO əməkdaşlığına münasibət bildirən qonaq, bu əməkdaşlığı Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı səviyyəsində davam etdirilməsini təqdir etmişdir.

ABŞ Prezidenti Corc Buşla Azərbaycan Prezidenti İlham Əliyevin son görüşündən bəhs edən Harri Vyatt bildirmişdir ki, Prezident İlham Əliyev görüşdə Azərbaycanın demokratik və dünyəvi dövlət olmaq əzmini xüsusi vurğulamışdır. ABŞ dövləti bu səyləri çox yüksək qiymətləndirir və sizə bu yolda uğurlar arzulayır. O, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə toxunaraq qeyd etmişdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü SSRİ-dən qalmış sərhədlər çərçivəsində dəstəkləmiş və dəstəkləyir, münaqişənin diplomatik yolla həllini arzulayır. ABŞ Azərbaycanın bu istiqamətdə apardığı səylərə yüksək qiymət verir və biz sizə bu yolda yardım etməyə hazırıq. İnanırıq ki, Azərbaycan möhkəm mövqeyini və iradəsini danışıqlar masası arxasında da nümayiş etdirəcəkdir.

Azərbaycan-ABŞ hərbi əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparıldığı görüşdə ABŞ-ın ölkəmizdəki səfiri xanım Ann Ders iştirak etmişdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi Bank: Azərbaycanda orta səviyyəli təmərküzləşmə müşahidə olunur

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Yük avtomobili yolda qalıb, 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir YENİLƏNƏCƏK

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər