AZƏRBAYCAN ATICILIQ İDMANI FEDERASİYASININ HESABAT-SEÇKİ KONFRANSI KEÇİRİLMİŞDİR
Bakı, 10 iyul (AZƏRTAC). İyulun 9-da Azərbaycan Atıcılıq İdmanı Federasiyasının (AAİF) hesabat-seçki konfransı keçirilmişdir. Tədbirdə son 8 ildə görülmüş işlərin hesabatı dinlənilmiş, nəticələr müzakirə olunmuşdur. Quruma növbəti 4 il üçün prezident seçilmişdir.
Bu vəzifəni yenidən hazırkı prezident, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov tutmuşdur.
Həmçinin konfransda Yavuz Eminbəyli - güllə atıcılığı, Hafiz Cəfərov - stend atıcılığı, Rasim Rzayev isə yeni yaradılan sportinq növü üzrə vitse-prezident təyin olunmuşlar. Bundan başqa, AAİF-də İcraiyyə Komitəsinə yeni üzvlər seçilmiş, onların sayı 7-dən 9-a çatdırılmışdır.
Xatırladaq ki, Vaqif Axundov 1997-ci ildən AAİF-in prezidenti vəzifəsində çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]