AZƏRBAYCAN ATLETİ RAMİL QULİYEV ÜMUMDÜNYA UNİVERSİADASINDA AVROPA REKORDU VURMUŞDUR
Bakı, 11 iyul (AZƏRTAC). Azərbaycanın atleti Ramil Quliyev Belqradda keçirilən Ümumdünya Universiadasında yığma komandamız üçün ikinci qızıl medal qazanmışdır. Bundan əvvəl cüdoçu Ramin Qurbanov (81 kq) Universiadanın qızıl medalına layiq görülmüşdü.
R.Quliyev 200 metr məsafəyə qaçış üzrə finalda 20,04 saniyə nəticə ilə Amro M. İbrahimi (Misir, 20,52), Tuso Mpuanqanı (CAR, 20,69), Ronaldo Palasiosu (Qonduras, 20,78), Sem Effaxı (Kanada, 20,83), Qavin Smellini (Kanada, 20,84), Xitoşi Saitonu (Yaponiya, 22, 22) geridə qoymuşdur.
Ramilin nəticəsi milli və şəxsi rekorddan başqa, həm də yeniyetmələr arasında yeni Avropa rekordudur.
Xatırladaq ki, ötən ay Ramil 100 metr məsafəyə qaçış üzrə gözəl nəticə (10,08 saniyə) göstərərək, İstanbulda keçirilən beynəlxalq turnirdə qələbə qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]