Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avrasiyanın iqtisadi kimliyinin formalaşmasında mühüm yer tutur - ŞƏRH

Azərbaycan Avrasiyanın iqtisadi kimliyinin formalaşmasında mühüm yer tutur - ŞƏRH

Bakı, 19 yanvar, AZƏRTAC

Qlobal məkana sürətlə inteqrasiya olunan Azərbaycan bir sıra nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməklə yanaşı, dünya miqyasında cərəyan edən sosial-iqtisadi proseslərdə də fəal mövqe nümayiş etdirir. Bu baxımdan ölkəmizin iştirak etdiyi beynəlxalq platformalar sırasında Davos Dünya İqtisadi Forumu xüsusi əhəmiyyət kəsb edir. Ənənəvi olaraq hər il təşkil olunan və cari ildə 56-cı iclasını keçirən forum çərçivəsində qlobal iqtisadi gündəliyin aktual məsələləri üzrə dərin müzakirələr aparılır, müxtəlif mövzular ətrafında panel sessiyaları keçirilir və beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ünvanlanır.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan Davos Forumunda ilk dəfə 1995-ci ildə iştirak edib və həmin dövrdən bu ənənə davam etdirilir. Xüsusilə 2007-ci ildən etibarən Prezident İlham Əliyevin bu tədbirlərdə mütəmadi iştirakı Azərbaycanın mövqeyini daha da möhkəmləndirir, ölkəmizin sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə əldə etdiyi uğurları dünyaya təqdim edir.

19–23 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən 56-cı Dünya İqtisadi Forumu “Dialoq ruhu - qlobal mürəkkəblik və bölünmə şəraitində fikir mübadiləsi və anlaşma daha vacibdir” devizi altında dünya liderlərini, dünyanın aparıcı iş adamlarını bir araya gətirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hal-hazırda 56-cı Forumda iştirak etmək üçün Davosdadır və dövlət başçısının Forumun ikinci günü - 20 yanvar tarixində “Avrasiyanın iqtisadi kimliyinin müəyyənləşdirilməsi” panelində çıxışı nəzərdə tutulur. Bu paneldə çıxış edən liderlər Qərbdən Şərqə qədər uzanan rəqabətli maraqlar fonunda Qafqaz və Mərkəzi Asiyada təsir və güc balansının yenidən formalaşması kontekstində “Region bu genişlənən marşrutlardan maksimum fayda əldə etmək və onların daxilində öz rolunu möhkəmləndirmək üçün hansı addımları atmalıdır?” sualı ətrafında öz fikirlərini bölüşəcəklər. Qeyd edək ki, 56-cı Forumda ABŞ Prezidenti Donald Trampın da çıxışı və “Xüsusi müraciəti” nəzərdə tutulur ki, bu da Forumun əhəmiyyətini daha da artırır.

Ümumilikdə, Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında 130-dan artıq ölkədən 3000 nümayəndə iştirak edir. Tədbirə 65 dövlət və hökumət başçısı daxil olmaqla 400 siyasi lider, 850-dən çox iri şirkət rəhbəri, eləcə də qabaqcıl texnologiya sahəsində fəaliyyət göstərən nüfuzlu liderlər qatılıb. Bu geniş təmsilçilik Forumun qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu bir daha təsdiqləyir.

Forumun 2026-cı il toplantısı çərçivəsində qlobal çağırışlara cavab olaraq beş əsas prioritet müəyyən edilib. Bu prioritetlər qlobal iqtisadi artım tempinin zəiflədiyi bir şəraitdə ticarət və investisiya imkanlarının genişləndirilməsi yolu ilə yeni iqtisadi artım mənbələrinin formalaşdırılmasını, innovasiyaların, xüsusilə süni intellektin tətbiqi zamanı onların biznesə və məşğulluğa təsirinin qiymətləndirilməsini, habelə bu texnologiyalardan istifadəyə dair normativ və etik çərçivələrin müəyyənləşdirilməsini əhatə edir. Eyni zamanda, beynəlxalq müstəvidə və cəmiyyət daxilində etimadın bərpası məqsədilə yeni əməkdaşlıq mexanizmlərinin araşdırılması, insan kapitalının inkişafının təşviqi və bu sahəyə investisiyaların artırılması yolu ilə əmək bazarının transformasiyası və dayanıqlılığın gücləndirilməsi əsas istiqamətlər sırasında yer alır. Prioritetlər çərçivəsində, həmçinin bərpaolunan, inklüziv, dairəvi və təbiətə əsaslanan iqtisadi modellər vasitəsilə uzunmüddətli rifahın təmin edilməsi xüsusi diqqət mərkəzində saxlanılır.

Müəyyən edilən istiqamətlər göstərir ki, innovasiyaların tətbiqi, müasir tələblərə cavab verən insan kapitalının formalaşdırılması, çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və cəmiyyətlə təbiət arasında balansın qorunması aktual olaraq qalır və gələcəyin əsas çağırışları kimi dəyərləndirilir. Bu yanaşmalar Forumun əsas məqsədlərində də öz əksini tapır. Belə ki, tədbirin başlıca hədəfləri qlobal iqtisadi və geosiyasi problemlərin həlli yollarının müzakirəsi üçün fikir mübadiləsinin təşkili, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, innovasiya və texnoloji inkişafa dəstəyin artırılması, eləcə də davamlı və inklüziv inkişaf üzrə effektiv həll yollarının müəyyənləşdirilməsindən ibarətdir.

Azərbaycan Davos İqtisadi Forumunda hər zaman fəal iştirak edib, o cümlədən 56-cı Forumda da bu ənənə davam etdirilir. Beləliklə də Azərbaycan beynəlxalq əməkdaşlıq və inkişafa öz töhfəsini verməklə həm də qlobal mühitdə mövqeyi möhkəmləndirir, gələcəkdə daha sürətli tərəqqi üçün etibarlı təcrübə formalaşdırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

® “Tamstore” Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

El-Ninonun sürətlə gücləndiyi son iki ayda ən yüksək temperatur göstəriciləri qeydə alınıb

Məişətdə baş verən zəhərlənmələrin 47 faizi mənşəyi bilinməyən konserv məhsullarının istehlakı ilə əlaqəli olub

49 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

SEPAH ABŞ-ni mümkün yeni hücumlarla bağlı xəbərdar edib

Sentyabrın 23-ü Beynəlxalq Jest Dilləri Günüdür

Bakıda 14 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yaponiyanın Baş naziri: Şimali Koreya ilə dialoqa hazırıq

Yalçın Rəfiyev BMT-nin yüksəksəviyyəli həftəsinin ikinci günündə bir sıra tədbirlərdə iştirak edib

Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

Yaponiyada tayfun nəticəsində 9 nəfər ölüb

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İranın Qeşm adası yaxınlığında partlayış olub, ölənlər var

Cənubi Koreya Prezidenti KXDR-nin nüvə proqramının dondurulmasını təklif edib

“Bild”: Almaniyada DHL mərkəzində civə izləri olan bağlamalar aşkarlanıb

Azərbaycana payız gəldi

İran ABŞ ilə yalnız öz şərtləri əsasında danışıqlar aparacaq

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi Şəki və Qaxda anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb