Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib
Bakı, 15 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Xorvatiya və Yunanıstan olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 2 milyard 933,2 milyon ABŞ dolları, Xorvatiyaya 337,5 milyon dollar, Yunanıstana isə 314,8 milyon dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:19]
Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur
- 23.09.2026 [13:11]