Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib VİDEO

Bakı, 26 avqust, AZƏRTAC

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib. Bu avtomobillərin hamısının olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.

Yürüşə gələn tamaşaçılardan Dadaş Ağalarov doğma Bakıda belə tədbirlərin keçirilməsindən məmnun qaldığını bildirib. “Yürüşə kiçik oğlumla gəlmişəm. Oğlum da, mən də avtomobilləri, xüsusilə də retro avtomobilləri çox sevirik. Bu maraqlı tədbirdə ilk dəfədir ki, iştirak edirəm. Çox xoşuma gəldi və sərgi də yüksək səviyyədə təşkil olunub. Düşünürəm ki, retro avtomobillər hər kəsin maraq dairəsindədir. Bu avtomobillər insanda nostalji hisslər yaradır. Belə tədbirlərin təşkili avtomobil həvəskarlarının bir yerə toplaşaraq fikir mübadiləsi aparmaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün çox əhəmiyyətlidir”, - deyə D.Ağalarov söyləyib.

İştirakçı Rauf Əzizov deyib: “Retro maşınlara 15 ildən çoxdur ki, həvəs göstərirəm. Bu həvəs məndə artıq bir hobbiyə çevrilib. Sərgiyə özümün yığdığım iki maşınla - “Zaporejts” və “Moskviç”lə gəlmişəm. Hazırda Volqa “Qaz-21” avtomobilinin üzərində işləyirəm. Sərgidə nümayiş olunan “Zaporejts” 1965-ci ilin istehsalıdır. “Moskviç” 427 furqon isə bağ həvəskarlarının ən çox sevdiyi maşın idi. Retro avtomobillərin sərgisi və yürüşünün təşkilinin gənclərimizin zərərli vərdişlərdən uzaqlaşaraq sağlam həyat tərzinə cəlb edilməsində böyük rolu var”.

Azərbaycanda klassik avtomobillərə çox böyük maraq var

Yürüş iştirakçısı Vaqif Quliyev tədbirə 1958-ci il istehsalı olan “Zapojets” markalı maşınla qatılıb.

“Həmişə Azərbaycan Avtomobil Federasiyasının təşkil etdiyi tədbirlərdə fəal iştirak edirəm. Bu tədbiri alqışlayıram. Klassik avtomobillərin sərgisi və yürüşü zamanı retro avtomobil sahibləri bir araya gəlir, fikir mübadiləsi aparırlar. Avtomobilimdən ancaq belə sərgi və yürüşlərdə istifadə edirəm. Hazırda dostumun xahişi ilə “Moskviç-403” modeli üzərində işləyirəm. Bir sözlə, retro avtomobillər mənim hobbimdir”, - Vaqif Quliyev belə deyib.

Klassik avtomobil sahibi olan Zaqatala rayon sakini Azər İmamov 1958-ci il istehsalı olan və babasından ona yadigar qalan “SMZ S-3A” markalı avtomobili üç ilə yığdığını və tədbirə bu avtomobillə qatıldığını bildirib. O qeyd edib ki, avtomobilin detallarını Rusiya, Gürcüstan və başqa ölkələrdən əldə edib. “Tədbir möhtəşəmdir və insanlar böyük həvəslə buraya maşınlara baxmağa gəlirlər”, - deyə A.İmamov qeyd edib.

Sərgi gənclər üçün də maraqlıdır

“Moskviç” klubunun rəhbəri Əlirza Əliyev avtomobillərin yürüşü və sərgisinin böyük bayrama çevrildiyini deyib. “İnsanlar böyük maraqla avtomobillərə yaxınlaşıb tarixi ilə maraqlanırlar. Düşünürəm ki, bu tədbir yaşlı nəslin nümayəndələri ilə yanaşı, gənclər üçün də çox maraqlıdır. Gənclər bu tədbirə böyük həvəslə qatılırlar. Klubumuz bu yaxınlarda fəaliyyətə başlayıb. Gələcəkdə sərgiyə daha çox avtomobillə qatılmağı planlaşdırırıq”.

Bu tədbirə şəhər sakinləri ilə yanaşı, paytaxtımıza gələn turistlərin də marağı böyük idi. Klassik avtomobillərin yürüşü və sərgisi şəhərimizin qonaqlarında unudulmaz təəssüratlar yaradıb. Moskvadan gəlmiş Nikolay Timofeyev sərgidə sovet istehsalı olan çoxsaylı retro avtomobillərin olmasından məmnun olduğunu bildirib: “Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük. Çox yüksək səviyyədə təşkil olunan sərgi klassik avtomobillərə yeni həyat verir”.

Paytaxt sakinləri deyirlər ki, bu sərgi və yürüş Bakının həyatında əsl bayramdır. Bu avtomobillər xüsusən onları görməyən gənclərdə daha çox maraq doğurur.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “Fiat Balilla” (1933), “Mercedes Benz 220 B Cabrio” (1952), “Chevrolet Corvette” (1960), “Cadillac Eldorado” (1974), “VAZ 21011” - milis (1973), “Qaz 13”- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.

Bakı sakinləri və qonaqlar nadir avtomobil modellərini maraqla izləyiblər.

Tədbir çərçivəsində keçirilən klassik geyimlərin müsabiqəsi də tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb.

Klassik avtomobillər və ötən illərin libasları modern Bakıda nostalji ovqat yaradıb.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə klassik avtomobillərin yürüşü və sərgisi keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlilliyi olan şəxslərin qərar qəbuletmə proseslərinə cəlb olunması inklüziv şəhər modelinin formalaşmasına mühüm töhfə verə bilər - MÜSAHİBƏ

Lahıcda zamanın səsi: 77 yaşlı sakinin radio muzeyi

“Baxın kölgəsində” adlı möhtəşəm konsert proqramı təqdim olunub

Qazaxıstan Qırğızıstan ilə ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq niyyətindədir

Kilian Mbappe zədəsini sağaldıb

Azərbaycanın çimərlik futbolu yığması Avropa çempionatında çıxış edəcək

Bağdadda “İraq-türkman dilinin qrammatikası” kitabı təqdim olunub

WUF13-ün Bakıda keçirilməsi ölkəmizin beynəlxalq platformalarda artan rolunun göstəricisidir - ŞƏRH

AQTA-nın nümayəndə heyəti Özbəkistanda Fitosanitar Laboratoriya ilə tanış olub

Azərbaycanın akvamədəniyyət istehsalçıları FAO-nun seminarında iştirak ediblər

Təhlükəsizlik tədbirləri ilə əlaqədar bağlanan Köln-Bonn hava limanı yenidən açılıb

Azərbaycan ilə ABŞ arasında hərbi əlaqələr çox böyük perspektiv vəd edir - ŞƏRH

Türkiyəli alimlər Botanika İnstitutunda olublar

Sumatrada fəlakətdən zərər çəkmiş bütün məktəblərdə dərslər bərpa edilib

“Arzunun ardınca” sənədli filmi nümayiş olunub

"İraq türkmanlarının Azərbaycanla ictimai əlaqələri üzrə Koordinasiya Şurası" təsis edilib

Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ Konqresində Zəngəzur dəhlizini müzakirə edib

“TRT Belgesel” kanalı tərəfindən hazırlanan filmdə Qarabağ şəhidləri yad edilib

Fövqəladə Hallar Nazirliyinin qurumları arasında şahmat üzrə çempionat keçirilib

Keçmişin izləri, gələcəyin yaddaşı: “Azərbaycan arxivi 105 (sənədlər, faktlar)”

“SpaceX” Beynəlxalq Kosmik Stansiyaya astronavt qrupu göndərib

® “Birbank”dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

® “Azercell”in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir

Prezident İlham Əliyev Almaniyaya səfərə gəlib

Fevralda 20 dərəcə isti - Bahar havası neçə gün davam edəcək?

AMEA Beynəlxalq Akademiyalar Birliyinin fəxri üzvü seçilib

Müdafiə Sənayesi Nazirliyi və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib

Texnobloger: Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə texnologiya ekosistemi üçün mühüm hadisədir

Amerikalı nazir: ABŞ Venesuelada neft hasilatını 40 faiz artırmağı planlaşdırır

Folklorun dili milli kimliyimizin qoruyucusudur

Roma yaxınlığında daşqın və sürüşmə: ölən və yaralananlar var

Startap rəhbəri: Süni intellekt dil öyrənən zaman obyektiv və əlçatan qiymətləndirmə imkanı yaradır – MÜSAHİBƏ

İsgəndər Sərdarlı: Biz hər kəsə Mirzə Qədim İrəvaninin vizual memar kimliyini kəşf etdiririk

Ağdərənin balaca sakinləri üçün tibbi aksiya

Rusiya tarixçisi Roy Medvedev vəfat edib

Bu il 4 minə yaxın qanunsuz miqrantın Gürcüstandan çıxarılması planlaşdırılıb

Gələn həftə ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin görüşü gözlənilir

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

“Google” elmi tədqiqatlar üçün yeni AI tətbiqini təqdim edib

Azərbaycan Universiteti əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub

“Ariane 6” “Amazon”a məxsus peykləri orbitə yerləşdirib

Unudulmaq hüququ nədir?

Portuqaliyada fırtına azı 16 nəfərin həyatına son qoyub

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilib

“Sabah” daha iki futbolçu ilə yollarını ayırıb

Bu gün 62-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb

Azərbaycan paralimpiyaçısı beynəlxalq turnirdə çıxış edəcək

Dövlət Departamenti: Sülh sazişi bütün Cənubi Qafqaz üçün imkanlar təqdim edir

Türk xalqlarının ortaq dəyərlər sistemində ozan-aşıq sənətinin yeri

AzMİU süni intellekt və rəqəmsal sənaye sahəsində yeni əməkdaşlığa başlayır

Bakı danışıqları göstərdi ki, ABŞ Azərbaycana qlobal gündəmdə söz sahibi olan dövlət kimi yanaşır - Ekspert

Azərbaycanda 10 bələdiyyə "Merlər razılaşması-Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulub

Xarici tələbələr hər il Gürcüstana 1,2 milyard lari gəlir gətirirlər

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir VİDEO

“İnvestisiya fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilir VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə pensiyalar yeni artımlarla birgə ödənilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib

Aqil Məlikov: Əlibaba Məmmədovun zəngin yaradıcılığı uzun illər yaddaşlarda qalacaq

Fransada yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən obyektlərlə bağlı araşdırma başlayıb

Bənzərsiz zənginliyə malik sənət səhnəsi – “Art Capital” yaradıcılığın müxtəlifliyini qeyd edir

Hava limanlarının genişləndirilməsi üçün torpaqların alınması ilə bağlı qanunlara dəyişiklik edilir

Kinokameranın icadının 128 ili tamam olur

Gürcüstanın xarici ticarət dövriyyəsi yanvar ayında 24,2 faiz azalıb

Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub

Gürcüstanda əcnəbilərin işə götürülməsi məhdudlaşdırılacaq

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilir – Məhkumlar cəriməni necə ödəyəcəklər?

Cahid Mikayılov: Naxçıvan bir kvadratmetr əraziyə düşən Günəş işığına görə ölkədə birinci yerdədir

Metyu Brayza: Strateji Tərəfdaşlıq Xartiyası onilliklərə söykənən əməkdaşlığı yeni siyasi mərhələyə yüksəldir - ŞƏRH

Şəhidlərin övladları üçün “Gənclik düşərgəsi” reallaşdırılıb

Azərbaycanda muzeylərə maraq yüksək səviyyədədir – sorğu nəticəsi

Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək VİDEO

Özəl tibb müəssisələri də onkoloji xidmət göstərəcək VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək, arabir güclənən külək əsəcək

Azərbaycan yığması Millətlər Liqasında iştiraka görə 1 milyon avrodan çox gəlir əldə edib

WUF13-lə əlaqədar vergi güzəştləri tətbiq olunacaq

Parlament minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi təsdiqlədi VİDEO

Parlament minimum əməkhaqqı ilə bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliyi təsdiqlədi VİDEO

Rusiya Çinə ixrac etdiyi neftin həcmini rekord həddə çatdırıb

Türk politoloq: İqtisadi bağlantılar gücləndikcə Cənubi Qafqazda sabitlik üçün yeni imkanlar formalaşır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qəbələdə vətəndaşlarla görüşüb

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib VİDEO

Parlamentdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib VİDEO

® “Azerconnect Group” “mygov” platformasına qoşulub

Bakı Fond Birjasında etimad şəbəkəsi yaratmağa çalışırıq

Sinayda 10 min illik tapıntı: qədim qaya sığınacağı aşkar edilib

Meksika Senatında WUF13-lə əlaqədar sərgi açılıb

ƏƏSMN-in nümayəndələri uşaq əməyinin aradan qaldırılmasına dair VI Qlobal Konfransda iştirak ediblər

Paytaxt məktəblərində “Oxu dəqiqələri” keçirilir

Karlo Ançelotti Braziliya millisi ilə yeni müqavilə imzalayacaq

Fransada qasırğadan sonra 450 min evin elektrik təchizatı hələ də bərpa olunmayıb

Ötən ay dünyada elektromobil satışları 3 faiz azalıb

Folklorşünas-alim Elxan Məmmədlinin 80 illiyi qeyd olunub

Qubada Belçika texnologiyası ilə şokolad istehsalı – “ABAD Factory”dən reportaj VİDEO

Qubada Belçika texnologiyası ilə şokolad istehsalı – “ABAD Factory”dən reportaj VİDEO

Naxçıvan bələdiyyələri dayanıqlı enerji və iqlim layihələrinə cəlb olunur VİDEO

Naxçıvan bələdiyyələri dayanıqlı enerji və iqlim layihələrinə cəlb olunur VİDEO

Dövlət Dəniz və Liman Agentliyinin əməkdaşları beynəlxalq sertifikata layiq görülüblər

Rəssam Fuad Nəsirovun “Hisslər memarı” adlı fərdi sərgisi açılıb

® “OBA” FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib

“Microsoft”un direktoru: AI yaxın iki ildə ofis işçilərinin əksəriyyətini əvəz edə bilər

Cənubi Karolina Universitetində baş verən atışmada iki nəfər ölüb

İlqar Fəhmi: Mərhələli səhnə təcrübəsi gəncləri böyük konsert salonlarına hazırlayır

Qazaxıstanın “Astana” klubu Bakıda təlim-məşq toplanışı keçəcək

Süni intellekt üzrə beynəlxalq elmi qrup formalaşdırılıb

“Böyük Zəfərin qəhrəmanları” kataloqu təqdim olunub